Milyarder Əhmədov Mikayıl Müşfiqin qalıqlarını tapıb! - DNK analizi aparılacaq

Dərc olunub: 22/10/2018 - 16:43

1540186315-mikaxyil“Stalin illərində cəzalandırılanların bir çoxunun qalıqlarının uyuduğu Qaradağ rayonunun Puta qəsəbəsində axtarış işləri aparılarkən mən böyük Azərbaycan şairi Mikayıl Müşfiqin qalıqlarını aşkar etdim”. Bunu virtualaz.org-a açıqlamasında məşhur Rusiya milyarderi Fərhad Əhmədov deyib.

Xatırladaq, hələ bir neçə il əvvəl Fərhad Əhmədov Göyçayda kombinat direktoru olmuş və 1970-ci illərdə güllələnmiş atası Teymur Əhmədovun qalıqlarlarının axtarışının aparılması üçün Azərbaycan hakimiyyətindən icazə almışdı.  Fərhad Əhmədov  öz atası Teymur Əhmədovun qalıqlarını axtararkən Stalin illərində cəzalandırılanların bir çoxunun qalıqlarının da uyuduğu Qaradağ rayonunun Puta qəsəbəsində böyük Azərbaycan şairi Mikayıl Müşfiqin qalıqlarını aşkar etdiyini bildirib.

F.Əhmədova axtarış işlərinin aparılmasında “NKVD” və Bayıl türməsinin keçmiş “ölüm korpusunun” tibbi xidmətinin əməkdaşları kömək edirdilər. Və axtarışlar zamanı hüquq-mühafizə orqanlarının məhkəmə hökmlərini və edam cəzalarını icra etmiş keçmiş əməkdaşları F.Əhmədova Azərbaycanın rəhbəri olmuş və 26 may 1956-cı il güllələnmiş Mircəfər Bağırovun, eləcə də 1937-ci ildə cəzalandırılmış şair Mikayıl Muşfiqin basdırıldıqları yerləri də göstərmişdilər.

Sonralar F.Əhmədov M.Bağırovun qohumlarından biri – sabiq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovla görüşmüş və ona Azərbaycanın keçmiş rəhbərinin gizli basdırıldığı yer haqda məlumat vermişdi. Virtualaz.org bununla bağlı oxuculara hələ keçən ilin qışında, sabiq nazirin özünə istinadən xəbər çatdırmışdı.

2017-ci ildə Londonda keçirilmiş genetik ekspertiza – DNK analizi “NKVD”nin sabiq əməkdaşlarının informasiyasını təsdiq etdi. Tapılmış qalıqlar M.Bağırova məxsus idi. Və Azərbaycanın keçmiş rəhbərinin qohumları həmin qalıqları köhnə Yasamal qəbiristanlığında dəfn etdilər.

Mikayıl Muşfiqin qalıqlarına gəlincə, F.Əhmədovun sözlərinə görə, o, Qaradağ rayonunda aşkar edilmiş və M.Muşfiqə aid olduğu ehtimal olunan qalıqlar haqda Mədəniyyət Nazirliyinin rəhbərliyinə məlumat verib. Bu ilin 5 iyununda isə böyük Azərbaycan şairinin anadan olmasının 110 ili tamam olub.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov virtualaz.org-a bildirib ki, F.Əhmədovun öz sensasiyalı tapıntısı haqda bu qurumu xəbərdar etdiyi barədə iddiasına baxmayaraq, Mədəniyyət Nazirliyinin rəhbərliyi tam məsuliyyətlə bildirir ki, nə o, nə də başqa kimsə onlara Mikayıl Muşfiqin qalıqlarlarının tapılması məsələsi ilə bağlı müraciət etməyib.

Bununla belə, Azərbaycan xalqının Muşfiqə olan həssas münasibətini və F.Əhmədovun bəyanatı ətrafında yaranan ajiotajı nəzərə alaraq, mədəniyyət naziri Əbülfəs Qarayevin sərəncamı ilə bütün məqamlar yoxlanılacaq və müvafiq genetik ekspertiza – DNK analizi aparılacaq.

Mədəniyyət Nazirliyinin mətbuat katibi onu da bildirib ki, bununla birlikdə Muşfiqin anadan olmasının 110 illiyi ilə əlaqədar dövlət səviyyəsində təntənəli tədbirlər keçiriləcək.


loading...




Fikrinizi bildirin