Biləsuvar gömrüyündə nəzarət gücləndirilir

Dərc olunub: 22/10/2018 - 19:51

Border_kontrol_040612Biləsuvar sərhəd-keçid gömrük məntəqəsində X-ray sistemini quraşdırmaqla qaçaqmalçılıq hallarının qarşısı alınacaq.

Trend-in məlumatına görə, bunu İranın Ərdəbil vilayətinin iqtisadi və maliyyə məsələləri üzrə idarəsinin baş direktoru Haşim Müzəffəri deyib.

H.Müzəffərinin sözlərinə görə, hazırda bu sistem Biləsuvar gömrüyündə quraşdırılmaqdadır və onun istifadəyə verilməsi ilə minik və yük maşınları daha dəqiq yoxlanılacaq.

Son vaxtlar İran valyutasının kəskin ucuzlaşması nəticəsində ölkədən benzin və məişət əşyalarının qaçaqmalçılığının artdığı bildirilir.








loading...


Fikrinizi bildirin