Yevlaxda avtomobil 15 yaşlı gənci vurub

Dərc olunub: 22/10/2018 - 22:10

qeza-yol-nishaniYevlax şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.”Report”un Qərb bürosunun məlumatına görə, hadisə Nizami küçəsində qeydə alınıb.
Ağdam rayonundan məcburi köçkün olan, 1991-ci il təvəllüdlü Nizami Şirinov idarə etdiyi “VAZ-21023″ markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Yevlax şəhər sakini, 2003-cü il təvəllüdlü Cəlal Qasımovu vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri alıb.
O, xəstəxanaya yerləşdirilib. C.Qasımovun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.








loading...


Fikrinizi bildirin