Heydər Əliyev Fondunun təşəbbüsü ilə İmişlidə 100 yerlik körpələr evi-uşaq bağçası inşa edilib

Dərc olunub: 22/10/2018 - 22:42

89b71b09-7533-4576-bd4c-51a1128ef471Oktyabrın 22-də İmişli rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası açılıb.”Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, körpələr evi-uşaq bağçasının inşasına 2014-cü ilin oktyabrında başlanılıb, bu ilin iyulunda isə tikinti işləri başa çatdırılıb. Müəssisənin ümumi ərazisi 2900, tikintialtı sahəsi isə 576 kvadratmetrdir. İkimərtəbəli binada yataq, geyim, məşğələ otaqları yaradılıb. Kompüter, musiqi və idman otaqları da balacaların ixtiyarına veriləcək. Binada bufet, mətbəx və digər inzibati otaqlar da var. Bina istilik sistemi ilə təchiz olunub, fasiləsiz su təminatı üçün ərazidə yerləşən artezian quyusundan su xətləri çəkilib, müşahidə kameraları quraşdırılıb. Bir sözlə, binada uşaqların istirahəti və əyləncəsi üçün hərtərəfli şərait yaradılıb ki, bu da balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı üçün olduqca əhəmiyyətlidir. Burada yaradılan şərait uşaqların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, ünsiyyətqurma bacarıqlarının inkişafında mühüm rol oynayacaq.
Körpələr evi-uşaq bağçasının həyətində də geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolağı salınıb. Burada balacaların vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif attraksionlar da quraşdırılıb.
Qeyd edək ki, hazırda İmişlidə 883 uşaq yerlik 18 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Xatırladaq ki, oktyabrın 15-də də Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş 100 yerlik Lerik şəhər 2 saylı körpələr evi-uşaq bağçasının açılışı olub.


loading...




Fikrinizi bildirin