“Bəhruz Bayramovu ayıq sürücü aparıb”- Yol polisinin yalanı üzə çıxdı

“Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının paytaxtın müxtəlif küçə və prospektlərində gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərlə bağlı açıqlamasında mənim barəmdə qanunazidd, obyektiv olmayan saxta məlumatlar yer alıb”. Bu sözləri Gununsesi.az-a açıqlamasında tanınmış vəkil Bəhruz Bayramov bildirib. Hansı ki, BŞBPİ DYPİ tərəfindən onun  guya sərxoş halda avtomobil idarə edərkən saxlanıldığı bildirilmişdi.

Vəkil deyib ki, ailə üzvləri ilə birlikdə ayıq sürücü vasitəsilə yaşadığı əraziyə gəlib: “Mənzilimə bir neçə metr qalmış ayıq sürücü avtomobili saxladı. Mən də mağazaya düşüb, bəzi şeylər aldım. Bircə qalırdı maşını həyətə salmağım. DYP-nin xidmət dislokasiyasına aid olmayan küçədə avtomobilə əyləşib həyətə salmaq istəyəndə dayandılar. Bu zaman maşında olan ailə üzvlərimi videoya çəkərək şantaja keçdilər ki, media üçün çəkiliş aparırıq. Bu qanunsuzluğa etiraz etdim. Maşınımı cərimə meydançasına apararkən başqaları kimi sövdələşməyə girib, çıxa bilərdim. Amma bunu etmədim və tələb etdim ki, qanunla hərəkət etsinlər. Görünür, bu cavabım onları məəyus edib deyə belə bir görüntü yayıblar. Mən bu qanunsuzluğun sonuna qədər gedəcəyəm”.

Vəkil bildirib ki, artıq prokurorluğa şikayət yazıb.

Gununsesi.az-ın əməkdaşı da vəkilin xidmətindən yararlandığı  “* 3000 Ayıq Sürücü Xidməti” ilə əlaqə saxlayıb. Xidmətdən saytımıza Bəhruz Bayramovun həqiqətən ayıq sürücü sifariş etdiyi və bu sifarişin yerinə yetirildiyi bildirilib.

Şirkətdən o da bildirilib ki,  vəkilə bununla bağlı səs yazıları və sifarişin yerinə yetirilməsinə dair xüsusi məktub da veriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar