"QARA GECƏ" PUTİNİN "ARMATA"SINA QARŞI - FOTOLAR

"Rusiya dünyanın ən müasir tankını hazırlayıb. Qərb ekspertlərinin ehtiyatla yanaşmalarına baxmayaraq, “T-14 Armata” böyük sayda istehsal edilmir. Lakin 2020-ci ildə Rusiya silahlı qüvvələri bu tankdan ilk 100 ədəd alacaqlar".  Bu fikirlər Almaniyanın “Stern” media orqanında işıq üzü görən məqalədə əks olunub. Məqalədə daha sonra bildirilir:

"Bununla əlaqədar olaraq Qərb Rusiya modelinə qarşı dayana biləcək öz tankının yaradılması üzərində işləyir və bu proses hələ ki, davam edir. Hazırda mövcud texnikanın təkmilləşdirilməsi vacibdir.Burada həmçinin tələsmək lazımdır. Çünki Rusiya ,”T-90”,”T-80” və “T-72” tanklarının modernləşdirilməsi proqramı üzrə geniş iş həyata keçirir.

Böyük Britaniyanın “BAE Systems” konserni bu yaxınlarda “Challenger 2” tankının modernləşmiş ilk nümunəsini nümayiş etdirib. Bu tankı “Qaranlıq gecə” (Black Night) adlandırıblar. Çünki bu prototip zil qara rəngə boyanıb.

“Ömrün uzadılması layihəsi” çərçivəsində (Life Extension Project,LEP) “Challenger 2”modelinin yaşam müddəti 2035-ci ilədək uzadılıb.

-İngiltərənin “Challenger 2” tankı

Bütün Qərb döyüş tankları kimi “Challenger 2” tankı da hələ soyuq müharibə dövründə hazırlanıb və ilk nümunə bir qədər gec-1994-cü idə buraxılıb. Qərb texnikalarında olduğu kimi “Challenger 2”tankı da ağır çəkilidir-62 ton. Hərçənd, bu tank böyük etibarlılığı ilə tanınıb, ancaq belə bir nəhəng artıq öz dövrünü bitirib.

Britaniya hökuməti daha yüngül modellərin hazırlanmasından imtina edib. Bunun əvəzinə isə 400 tankın təkmilləşdirilməsi nəzərdə tutulur. "Qara gecə” müvafiq sifarişin alınması üçün əsas namizədlərdən biridir.

Əslində söhbət kifayət qədər yüngül modernləşdirmədən gedir. Belə ki, tankın düşməni tanımaq və onunla mübarizə aparmaq imkanları genişləndirilib. Bu tədbirlərin başlıca elementi gecə görüntüsünün yaxşılaşdırılması olub.Bu model gecə vaxtı eyni anda həm manevr etmək və həm də döyüş aparmaq qabiliyyətinə görə “Qara gecə”adını alıb.

Bundan əlavə, tank aktiv müdafiə sistemi ilə təchiz olunub və bunun köməyilə "Challenger 2” düşmənin tank əleyhinə raketini vura bilər. Kompyuterlə idarəolunan bu sistemlər düşmənin aşkarlanmsına yardım göstərməli, silahın düzgün tuşlanmasını və atəşin sərrastlığını artırmalıdır. Burada əsəs etibarıyla mühüm rolu tankın baş hissəsinin az enerji istifadə edən regenerativ əyləc sistemi oynayır.

Qalan elementlərdə ciddi dəyişiklərin baş verəcəyini gözləməyə dəyməz. Belə görünür ki, yeni tank "kompozit chobham” zirehi ilə təzhiz olunub. Bu cür zireh müxtəlif döyüş fəaliyyətlərində özünü müsbət tərəfdən göstərib. Tankın yeni topla və ya mühərriklə təchiz edilməsi barədə isə hələlik heç bir söz deyilməyib.

-“Challenger 2”-nin topu ilə əlaqədar problem

İlk baxışda “Challenger 2”-nin əsas çatışmamazlığı, onun yeni topla təchiz olunmamasıdır.”Challenger 2”-nin başlıca silahı 120 millimetr çaplı “30 A1” topu hesab olunur. İngilis tankının hazırkı mövcud topunun “Armata”nın qabaq zirehini deşə biləcəyinə şübhə ilə yanaşılır.

“BAE Systems”-in əsas rəqibi Almaniyanın “Rheinmetall” konsernidir. Hələlik “BAE Systems” öz prototipini təqdim etməyib və həm də bu istiqamətdə görülən işlər barəsində fikir bildirməyib. Amma alman şirkəti “Challenger 2”nin döyüş gücünü artıra biləcəyi barəsində eyham vurub. 2016-cı ildə “Rheinmetall” “Eurosatory” sərgisində özünün uzunluğu 6630 millimetr olan 130 millimetrlik çaplı topunu nümayiş etdirib.

Bunu ciddi yenilik saymaq olar, amma bu cür üç tonluq ağır topun “Challenger 2” tankının indiki nümunəsinin baş hissəsinə lazımı qaydada və uyğun şəkildə quraşdırmaq heç də asan iş deyil.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar