Səudiyyə Ərəbistanından Türkiyə polisinə qadağa

Səudiyyə Ərəbistanı Türkiyə polisinə səudiyyəli diplomatlara məxsus avtomobildə axtarış aparmağı qadağan edib. Oxu.Az NTV telekanalına istinadən xəbər verir ki, söhbət Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğu binasından 20 kilometr aralıda tapılan avtomobildən gedir.

Türkiyə polisi həmin avtomobillə jurnalist Camal Kaşıkçının meyitinin konsulluqdan çıxarıldığını istisna etmir.

Avtomobilin tapıldığı dayanacağın giriş və çıxışı polis tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Türkiyədəki baş konsulluğunun avtomobili İstanbulun Sultanqazi rayonundakı dayanacaqların birindən tapılıb.

Avtomobil hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə bağlı istintaq çərçivəsində aşkarlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar