“Qondarma “DQR”-i tanımır, “Dostluq Xartiyasını”nı qəbul etmirik” – Fransa XİN

Dərc olunub: 23/10/2018 - 09:52

1ca89a57-dea2-4ae1-9ccb-e1d91130cd0fFransa dövləti Sent-Etyen şəhər bələdiyyəsi ilə qondarma “Dağlıq Qarabağ Respublikası”ndakı erməni separatçıları arasında imzalanan “Dostluq xartiyası”nı qəbul etmir.

Bu barədə “Report”un Qərbi Avropa bürosunun sorğusuna cavab olaraq Fransa Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

“Fransa dövlətinin bu məsələdə mövqeyi aydındır. Fransa “Dağlıq Qarabağ Respublikası”nı tanımır və Sent-Etyen şəhəri ilə “DQR” arasında imzalanan “Dostluq Xartiyasını”-nı qəbul etmir, – deyə XİN-dən əlavə olunub.


loading...




Fikrinizi bildirin