Ukrayna Ermənistandan Ümumdünya Ticarət Təşkilatına şikayət edib

Ukrayna Ermənistandan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ÜTT-nin hesabatında bildirilib.

Buna səbəb rəsmi Yerevanın Ukrayna istehsalı olan polad boruların müəyyən növləri üzrə anti-dempinq gömrük rüsumlarını artırmasıdır.

Ukrayna Ermənistanla yanaşı, Qırğız Respublkasından da təşkilata şikayət edib.

Bildirilib ki, Avrasiya İqtisadi İttifqaının üzvü olan bu ölkələr verginin mərhələ-mərhələ azaltmalı idilər: “Ancaq vergi artırılıb. Bu səhvdir və mövcud olmayan qərarlara əsaslanıb”.

Qeyd edək ki, artıq Ukrayna Avrasiya İqtisadi İttifaqını başqa bir üzvü, Qazaxıstanla bağlı da ÜTT-yə şikayət etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar