Əhəd Abıyev xəstəxanaya yerləşdirildi - Əməliyyat olunub

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində problem yaranıb. Unikal.org-un əldə etdiyi məlumata görə, Əhəd Abıyev Bakıda yerləşən klinikalardan birində böyrəyindən əməliyyat olunub. Onun urologiya şöbəsinə yerləşdiyi bildirilir. Əhəd Abıyev səhhətində yaranan problemlə əlaqədar olaraq hazırda məzuniyyətə çıxıb.

Məsələ ilə bağlı açıqlama verən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev əməliyyat olunduğunu təsdiqləyib: "Böyrəyimə duz yığıldığı üçün, şiş əmələ gəlmişdi. Həmçinin böyrəyimdə kriatinin miqdarı artmışdı. Mərkəzi Gömrük Hospitalında əməliyyat olundum. Əməliyyatı lazerlə elədilər. İndi özümü yaxşı hiss edirəm. Şükür Allaha hər şey qaydasındadır".

635x100

Şərhlər

BAKILI 2018-10-23 12:16:27

Ewweyin sudu beyreyin dermanidir tecili bir vedre Dawkesene

ayzek 2018-10-23 12:16:27

Əməliyyatı yəqin ki Qarabağ veteranına "atdığı" pulların hesabına elətdirib.

Son yazılar