Azərbaycanda gələn il ÜDM 3,6% artacaq

Dərc olunub: 23/10/2018 - 12:28

b520df93-c4c4-4000-a6c4-076b3e9fd4ff2019-cu ildə ölkədə ÜDM-in real artımı 3,6% olmaqla, 81,9 mlrd. manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 3,9% olmaqla 50,5 mlrd. manat təşkil edəcək.“Report” 2019-cu il dövlət büdcə zərfində qeyd olunan gələn il və sonrakı 3 il üzrə makroiqtisadi proqnoz göstəricilərinə istinadən xəbər verir.

2019-cu ildə əsas kapitala yönəldiləcək investisiyaların ümumi həcminin real ifadədə 2,2% artaraq 17,9 mlrd. manat proqnozlaşdırılır ki, bunun da 58,2%-i daxili investisiyaların, 41,8%-i xarici invesitisiyaların payına düşür. 2019-cu ildə qeyri-dövlət investisiyalarının həcmi 8,9 mlrd. manat olmaqla, ümumi invesitisiyaların 50%-ni təşkil edəcək.
Növbəti 3 ildə yerli valyutanın ABŞ dolları ilə dəyərinin 1,70 manat səviyyəsində qalacağı və istehlak qiymətləri indeksinin cari ildə təkrəqəmli səviyyəyə enməsi trendinin davam edəcəyi gözlənilir.
Nəticə etibarilə əhalinin gəlir səviyyəsinin 2019-cu ildə 59,2 mlrd. manata qədər artacağı və orta aylıq əməkhaqının ötən illə müqayisədə real ifadədə 10,7% artaraq 641,7 manat olacağı proqnozlaşdırlır.








loading...


Fikrinizi bildirin