2019-un BÜDCƏ GƏLİRLƏRİ və XƏRCLƏRİ MƏLUM OLDU - Yeni bücdə zərfi açıqlandı

Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 mln. manat, xərcləri 24 780,1 mln. manat proqnozlaşdırılır.“Report” bu barədə 2019-cu il dövlət bücdə zərfinə istinadən xəbər verir.

2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 316,0 mln. mantı və ya 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı və ya 49,6%-i ARDNF-dan transfertlərin, 3 451,6 mln. manatı və ya 15,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı və ya 3,4%-i isə digər gəlirlərin payına düşür.

Beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün xam neftin 1 barrelinin 60-70 dollar ətrafında proqnozlaşdırılması və digər qlobal amilləri nəzərə almaqla 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər çıxılmaqla dövlət büdcəsinin gəlirləri 11 553,2 mln. manat təşkil edir ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 3,3%, 2017-ci ilin icrası ilə müqayisədə 10,9% çoxdur.

2019-cu il dövlət büdcəsinin gəlirlərinin 59,8%-i və ya 13 700,3 mln. manatı neft sektorunun, 40,2%-i və ya 9 217,2 mln. manatı qeyri-neft sektorunun payına düşür. 2018-ci ilin proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 2,7% çox, qeyri-neft sektorunun gəlirləri isə 4,7% çoxdur.

Gələn il dövlət büdcəsinin kəsirini yuxarı həddi 1 862,6 mln. manat məbləğində nəzərdə tutulur. Onun maliyyələşdirilməsi dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından, xaricdən cəlb olunann kreditlər və özəlləşmədən daxilolmalar hesabına həyata keçiriləcək. 2019-cu il dövlət büdcəsinin kəsirinin ÜDM-ə nisbəti 2,3% təşkil edəcək.

Qeyd edək ki, aparılmış struktur dəyişikliyənə əsasən növbəti ildən xaricdən cəlb edilmiş kreditlər(1 695,6 mln. manat) icmal büdcənin xərclərindən çıxarılaraq dövlət büdcəsinin xərclərinə əlavə edildiyinə görə, həmin vəsait icmal büdcənin kəsirinin maliyyələşdirilməsinə deyil, dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldiləcək.

Xatırladaq ki, 2018-ci il dürüstləşmiş dövlət büdcəsinin gəlirləri 22 149 mln. manata, xərclər 23 100 mln. manat təşkil edir.

Bu gün həmçinin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2019-cu il üçün büdcəsinin gəlir və xərcləri arçıqlanıb. Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsində DSMF-nin gələn il üçün gəlir və xərcləri 3 928 104 000manat səviyyəsində nəzərdə tutulub.

Qanun layihəsinə əsasən, 2019-cu ildə DSMF-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 2 419 371 590 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 811 687 000 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 110 684 590, qeyri-büdcə sektoru üzrə 1 497 000 000 manat, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 65 000 000, sair gəlirlər 6 000 000 manatnəzərdə tutulub.

Sənəddə, gələn il üçün dövlət büdcəsindən ayırmalar, yəni transfertlərin proqnozu 1 502 732 410 manat götürülüb.

Fondun 2019-cu il büdcəsinin xərcləri əhaliyə ödənişlər üzrə 3 834 944 000 manat, o cümlədən əmək pensiyalarının ödənilməsi üzrə 3 743 000 000 manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə 91 944 000 manat, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 24 628 000, hamiləliyə və doğuşa görə 29 716 000, uşağın anadan olmasına görə 7 200 000 manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 13 400 000 manat, dəfn üçün 17 000 000 manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 22 500 000 manat proqnozlaşdırılıb.

Azərbaycanda səhiyyə, təhsil sahəsinə gələn il üçün dövlət büdcəsindən ayrılacaq vəsait artırılır. Azərbaycanın 2019-cu il dövlət büdcəsi zərfində qeyd olunub ki, gələn il Səhiyyə Nazirliyi 2 milyon 283 min 168 manat vəsaitin ayrılması nəzərdə tutulur.

Bu da 2018-ci illə müqayisədə 192 min 680 manat çoxdur.

Təhsil Nazirliyinə isə 10 milyon 333 min 259 manat vəsait ayrılacaq. Bu məbləğ 2018-ci illə müqayisədə 1 milyon 40 min 946 manat çoxdur.

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinə 2019-cu ildə dövlət büdcəsindən ayrılacaq vəsait də artırılır.

 

635x100

Şərhlər

? şərhçi və İqisadçılara? 2018-10-23 12:34:41

Dünуa iqisadiууaтına ozəlcə xərlənən sərvəтin, eləcə də xaricə qoуulan pulların sanki, olkə iqтisadiууатı, isтismarı üç qaт sürəтlənmiş тəbii ehтiуaтlara əvəzin bərpası ilə heç bir əlaqəsi gorünmür? Elə H.Əliуev dovrünə nisbəтən hazırda hansı тəsərrüfaт sahəsi daha səmərəli çalışır və daha dünуəvi "prioriтeт" qazanıb? İqтisadi cəhəтdən olkəmiz hansı dərəcədə müsтəqildir? Sov.İKP Azərbaуcana тüтün və pambıq əvəzinə ozünü büтün ərzaqla тam тəmin eтməsini məsləhəт gorürdü!

sual 2018-10-23 12:34:41

Beynəlxaq maliyyə qurumlarının məlumatlarına əsasən ölkə hökumətinin mərkəzi bankda hesablarındakı qalıqlar pul bazasının əhəmiyyətli hissəsini təşkil edir. Bu, ölkə hökumətinin iqtisadiyyatda kifayət qədər yüksək pay çəkisinə malik olmasının göstəricisidir. Görəsən bu, doğrudan belədir??? Xəzinədarlığın cari hesablarından kənar mərkəzi bankda belə uzun müddətli hesablaraın yaradılması büdcə vəsaitlərinin idarə olunmasında səmərəliliyi azaltmır???

2+2=4 2018-10-23 12:34:41

Dövlət büdcəsinin hazırlanması və reallaşdırılması zamanı tətbiq olunan büdcə qaydaları təkmilləşdirilməlidir. Yəni, müvafiq büdcə parametrlərinə məhdudiyyətlər təkcə büdcə kəsri, daxili və xarici borclanmanın səviyyəsini deyil, eyni zamanda, büdcə xərcləri səviyyəsinə, büdcə gəlirləri səviyyəsinə də (iqtisadiyyata vergi yükü, neft gəlirlərindən istifadəyə) tətbiq olunmalıdır. Sərt büdcə qaydalarından istifadə dünyanın əksər ölkələri üçün xarakterikdir. Bundan başqa, Dövlət büdcəsinin hazırlanması və reallaşdırılması zamanı büdcə xərcləri prioritetlərinin əsaslandırılması mühüm əhəmiyyətlidir. Əgər prioritetləri formalaşması qaydaları müəyyənləşərsə, bu, ölkədə reallaşan fiskal siyasətə inamım artırılmasında, “lobbistlərin”, “inhisarçıların” maraqları naminə qərarların qəbul edilməməsində; fiskal siyasətdə uzun müddətli dayanıqlığın təmin olunmasında mühüm rol oynaya bilər

2+2=4 2018-10-23 12:34:41

Dövlətin səlahiyyətində olan funksiyalar, onların icra aparatının fəaliyyəti qiymətləndirilməlidir. Dövlət bütün lüzumsuz funksiyalardan, lazımsız məmur ordusundan azad olmalıdır. Bütün bu xərclər büdcəyə ağır yük olmaqla yanaşı iqtisadiyyatın idarə olunmasında problemlər, neqativ meyllər (korrupsiyaya meyllik) formlaşdırır

2+2=4 2018-10-23 12:34:41

Dövlət büdcəsi üzrə xərclərin 2010-cu ilin əvvəllərindən etibarən stabil olaraq ÜDM-in 32-35%-i səviyyəsinə qədər yüksəlişi, istər nəzəri yanaşmalar baxımından (“skalli” nöqtəsi), istərsədə inkişaf etməkdə olan ölkələrin təcrübəsi baxımından, rasional səviyyədən xeyli yüksəkdir (yuxarı hədd 25-30% hesab olunur). Bir qayda olaraq bu hədd aşılırsa iqtisadiyyata vergi yükü artırılır, bu isə iqtisadi artıma neqativ təsirlər müəyyənləşdirir. Azərbaycanda neft gəlirləri var, onun belə problemi yoxdur və belə ağıllı məsləhətlər bizim üçün deyil. Dövlət üzərinə götürdüyü öhdəlikləri istənilən səviyyəyə kimi yüksəldə bilər, bu öhdəliklərin arxasında neft gəlirləri və onlardan səmərəliliyi böyük suallar doğuran istifadə rejimi durur.

Mühəndis B. 2018-10-23 12:34:41

Büdcənin Nefтdən asılılıgı əksinə 10% də arтırılıb? Nefтin qiуməтi daha da уüksək ola bilər. Əmma, büdcəуə nefтdən тransferin, maуa dəуərinin 15-25% dən çox goтürülməsi qeуri-iqтisadi və risk meуllərini уüksəldir? Budcədə ixrac qiуməтinin 50 doldan çox olması hər rübə iqтisadi iflas тəhlükəsini saxlaуır? İnkişafı уalnız büdcənin zəruri уonümlü xərcləri тəmin edə bilər. Digər isтiqaməтdə xaricdə уerləşdirilən onlarla milуardlıq maliууə və sərmaуələr büdcəуə neçə milуard dollar gəтirəcək?

********* 2018-10-23 12:34:41

Davamı;....Görəsən Maliyyə Nazirliyi belə sualları niyə cavablandırmır??? Axı 2015-2016-cı illər əsaslı iqtisadi tənəzzüldən sonra, 2017-2018-ci illər ölkədə durğunluq illəridir və iqtisadiyyat praktiki olaraq artmır, yalnız statistik xəta səviyyəsində

********** 2018-10-23 12:34:41

Davamı: inkişaf etmiş ölkələr bir qayda olaraq tsiklə-əks büdcə xərcləri siyasəti reallaşdırır-iqtisadiyyat artıq formalaşıb və onun büdcə xərcləri vasitəsi ilə xüsusi stimullaşdırılmasına ehtiyac yoxdur. Bizdə ölkənin neft gəlirləri artdıqca dövlət büdcəsi vasitəsi ilə onlardan istifadə sürətlənir, lakin hansı iatiqamətlərdə??? İqtisadi artımın davamlığı təmin ounacaq, əgər xarici konyuktura və daxili makroiqtisadi şərait pisləşərsə???

********* 2018-10-23 12:34:41

İlkin rəqəmlərlə tanışlıq bəzi suallar yaradır. Əvvəla, sivil ölkələrdə büdcə xərcləri siyasəti iqtisadi artımı müəyyənləşdirir. Bizdə isə əksinə, iqtisadi artım sürətləndikcə (neft gəlirləri artdıqca) büdcə xərcləri artır. Beləki, 17,5 mlrd.manat 2017-ci il; 21,0 mlrd.manat -2018-ci il; 24,7 mlrd.manat - 2019-cu ilin proqnozu. Lakin 2010-2013-cü illərin acı təcrübəsidə var axı.....pro-tsiklik büdcə siyasətinin reallaşdırılmasının acı təcrübəsi;

Son yazılar