Büdcədən səhiyyə və təhsil nazirliklərinə ayrılan vəsait artırılır

Azərbaycanda səhiyyə, təhsil sahəsinə gələn il üçün dövlət büdcəsindən ayrılacaq vəsait artırılır.

“Report”un xəbərinə görə, Azərbaycanın 2019-cu il dövlət büdcəsi zərfində qeyd olunub ki, gələn il Səhiyyə Nazirliyinə 2 milyon 283 min 168 manat vəsaitin ayrılması nəzərdə tutulur.

Bu da 2018-ci illə müqayisədə 192 min 680 manat çoxdur.

Təhsil Nazirliyinə isə 10 milyon 333 min 259 manat vəsait ayrılacaq. Bu məbləğ 2018-ci illə müqayisədə 1 milyon 40 min 946 manat çoxdur.

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinə 2019-cu ildə dövlət büdcəsindən ayrılacaq vəsait də artırılır.

635x100

Şərhlər

Abit 2018-10-23 12:43:59

Nece artırılır ki,Nesimi 20 saylı poliklinika şeker xestelerinin dermanlarını vermir,deyirler nazirler kabineti dayandırıb

Son yazılar