Nazirdən Azərbaycanın KTMT-yə üzv olması ilə bağlı iddialara münasibət

"Azərbaycan Respublikası tarazlı xarici siyasət yürüdür".

“Report” xəbər verir ki, bunu RİA "Novosti”yə müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmasının mümkünlüyü barədə sualı cavablandırarkən deyib.

“Biz KTMT üzvü olan bütün dövlətlərlə geniş ikitərəfli dialoq və qarşılıqlı faydalı bərabər əməkdaşlıq əlaqələrini inkişaf etdiririk. Təbii ki, Azərbaycana qarşı hərbi təcavüz siyasətini davam etdirən, ölkəmin beynəlxalq səviyyədə tanınan ərazilərini işğal edən, həmin yerlərdə azərbaycanlıların ucdantutma qanlı etnik təmizlənməsini həyata keçirən Ermənistan bu mənada istisna təşkil edir”, - nazir vurğulayıb.

635x100

Şərhlər

t.ədalət 2018-10-23 13:50:58

ermənistanın adından daha çox bizi məhv və torpaqlarımızı işğal edən Rusiyadır.E.Məmmədyarovun açıqlaması Azərbaycanıln gələcəyi üçün bir təhlükədir.Bu adam anlamır ki,hamı onun kimi rusca danışmaq istəmir..

Son yazılar