"Qarabağ" klubuna texniki məğlubiyyət verilib

AFFA İntizam Komitəsi "Qarabağ" klubuna "Səbail"lə keçirdiyi futbol üzrə Azərbaycan Premyer Liqasının VIII tur matçı ilə əlaqədar texniki məğlubiyyət verib.

"Report" qurumun saytına istinadən xəbər verir ki, buna səbəb Ağdam komandasının oyun zamanı adı protokolda olmayan futbolçunu meydana buraxmasıdır. Abbas Hüseynovun adı matçın iştirak ərizəsində göstərilməyib. Lakin baş məşqçi Qurban Qurbanov Hüseynovu ikinci hissədə kapitan Rəşad Sadıqovun əvəzinə meydana buraxıb. Buna görə matçın nəticəsi ləğv olunub və kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Qeyd edək ki, görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. AFFA İntizam Komitəsi Premyer Liqada daha öncə "Zirə"yə də texniki məğlubiyyət verib. Qurum həmçinin I Divizionda "Səbail-2"ni də texniki məğlubiyyətlət cəzalandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar