Büdcədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsait artırılıb
Baxiş sayı:
Dərc olunub:
23/10/2018 - 15:18
Gələn il dövlət büdcəsindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılacaq vəsait artırılır.
“Report” xəbər verir ki, Azərbaycanın 2019-cu il dövlət büdcəsi zərfinə əsasən, 2019-cu ildə Komitəyə 2 milyon 712 min 027 manat vəsaitin ayrılması planlaşdırılır.
Bu məbləğ 2018-ci ildəki məbləğdən 331 min 825 manat çoxdur.
Qeyd edək ki, büdcə zərfi gələn ay Milli Məclisin komitə iclaslarında müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, gələn il üçün dövlət büdcəsindən səhiyyə və təhsil sahəsinə ayrılan vəsait də artırılır.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.