JTI şirkəti Azərbaycanda 10-cu su təchizatı layihəsini həyata keçirdi - FOTO

"Japan Tobacco International" (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib.

"AzPolitika.info"-nun xəbərinə görə, sayca onuncu yubiley layihə Tovuz rayonunun Məşədilər kəndində Mili Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Tovuz Rayon İcra Hakimiyyəti ilə birlikdə həyata keçirilib.

Açılış mərasimində çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Niftalı Qasımov layihənin icrasında maliyyə dəstəyi göstərilməsinə, xüsusilə də belə bir layihənin sərhədyanı Tovuz rayonunda icra edilməsinə görə JTI şirkətinə öz minnətdarlığını bildirib.

Milli QHT Forumunun Şəmkir Regional Mərkəzinin rəhbəri Fuad Bədəlov və layihə əlaqələndiricisi Günel İbrahim layihə haqqında məlumat verərək, kənd sakinlərini təmiz içməli su təminatı münasibətilə təbrik ediblər.

JTI şirkətinin Azərbaycandakı nümayəndəliyinin meneceri Əli Verdiyev layihənin uğurla icra edildiyini qeyd edərək, belə layihələrin insanların həyat şəraiti və rifahının yaxşılaşdırılmasında mühüm rol oynadığını, buna görə də şirkət üçün prioritet olduğunu bildirib. O qeyd edib ki, JTI şirkəti təmiz içməli suya ehtiyacı olan digər ərazilərdə də belə layihələrin icrasına davam edəcək. Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verilib.

MQF tərəfindən icra edilən içməli su layihəsi Məşədilər və ətraf kəndlərdə 7 000-ə yaxın insanı təmiz su ilə davamlı təmin edəcək. Təxminən dörd ay davam edən işlər nəticəsində subartezian quyusu qazılıb, müvafiq borular və bir neçə tonluq çən quraşdırılıb.

Qeyd edək ki, indiyədək JTI şirkətinin maliyyə dəstəyi ilə Şəki, Kürdəmir, Balakən, Lerik, Yardımlı, Şamaxı, Salyan, Ağdam və Ağcabədi rayonlarında da su təchizatı layihələri həyata keçirilib. Bu layihələrin icrası nəticəsində 40 000-ə yaxın insan təmiz içməli su ilə təmin edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar