Gələn il SOCAR-ın büdcə ödənişlərinin artacağı proqnozlaşdırılır

Dərc olunub: 23/10/2018 - 17:14

socar-sokar2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə büdcə ödənişlərinin məbləği 1,450 mln. manat proqnozlaşdırılır. “Report” bu barədə 2019-cu il dövlət büdcəsi zərfinə istinadən xəbər verir.

SOCAR-ın büdcə ödənişlərinin bu ilin proqnozları ilə müqayisədə 20 mln. manat çox olacağı gözlənilir. Bu isə vergi orqanları tərəfindən neft sektoru üzrə daxilolmaların 62,1%-ni təşkil edir.
Qeyd edək ki, SOCAR 2017-ci il ərzində dövlət büdcəsinə 1 511,033 mln. manat vəsait ödəyib. Şirkətin büdcə ödənişləri 2016-cı ilə nisbətən 115, 577 mln. manat və ya 8,3% artıb.


loading...




Fikrinizi bildirin