Prezident İlham Əliyev Qobustanda yol tikintisinə 6,4 milyon manat ayırıb

Dərc olunub: 23/10/2018 - 18:50

ilham-eliyevPrezident İlham Əliyev Qobustan rayonunun Qobustan-Poladlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
“Report”un məlumatına görə, sərəncamla beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qobustan-Poladlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


loading...




Fikrinizi bildirin