Tatarlar Moskvaya etiraz etdi: Müstəqil təhsil sistemi bərpa edilsin

Tatarıstanın paytaxtı Kazan şəhərində bir qrup fəal aksiya keçirib.Aznews.az xəbər verir ki, onlar Rusiya Ali Məhkəməsinin qərarına qarşı çıxış ediblər.

Həmin qərarda deyilir ki, Federasiyanın tərkibində olan respublikalarda dövlət dilini öyrənmək məcbur hesab edilməsin.

Əllərində şüar tutan fəallar bildiriblər ki, respublikalarda dövlət dilindən imtina Rusiyanın köklü xalqlarının dövlətçiliyinin itirilməsi ilə nəticələnəcək.

Aksiyanın sonunda rəsmi Moskvaya bildirilib ki, Rusiya Federasiyanın respublikalarında müstəqil təhsil sistemi bərpa edilməlidir.

635x100

Şərhlər

t.ədalət 2018-10-23 20:45:44

Tatarların mövqeyi bizdə dəridən-qabıqdan çıxan rus dili sevdalılarına bir ibrət olmalıdır.

Son yazılar