Putin Trampa Parisdə görüşməyi təklif edib

Dərc olunub: 23/10/2018 - 22:12

tramp putinMoskvada Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında görüş keçirilib. “Report” TASS-a istinadən xəbər verir ki, V.Putin görüşdə amerikalı həmkarı Donald Trampla noyabrın 11-dək Parisdə görüşməyi təklif edib.
Həmin müddətədək Fransanın paytaxtında I Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunan tədbirlər keçiriləcək.
V.Putin amerikalı həmkarı ilə birbaşa təmasların faydalı ola biləcəyini bildirib: “Təbii ki, ABŞ tərəfi belə təmaslarda maraqlı olarsa”.
C.Bolton isə cavabında D.Trampın Rusiya Prezidenti ilə görüşməkdən məmnun olacağını vurğulayıb: “Əlbəttə, Prezident Tramp bu beynəlxalq tədbir çərçivəsində sizinlə böyük məmnuniyyətlə görüşər”.
Xatırladaq ki, ABŞ və Rusiya prezidentləri arasında son görüş iyulun 16-da Finlandiyanın Helsinki şəhərində keçirilib.


loading...




Fikrinizi bildirin