Roma metrosunda eskalatorun qırılması nəticəsində yaralıların sayı 30-a çatıb – VİDEO

Dərc olunub: 23/10/2018 - 23:11

c8c55c27342b9d045df2cf4102d29acaFutbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək “Roma”(İtaliya) – MOİK (Rusiya) oyunu öncəsi Roma metrosunda eskalatorun qırılması nəticəsində xəsarət alanların sayı 30-a çatıb. “Report” xəbər verir ki, bu barədə Rusiyanın İtaliyadakı səfirliyinə istinadən TASS məlumat yayıb.

Bildirilir ki, yaralananların ümumi sayı 30 nəfər təşkil edir. Onlardan 7-si ağır vəziyyətdədir, 5 nəfər orta, daha 18 nəfər isə yüngül xəsarət alıb.

Səfirliyin məlumatına görə, “Repubblica” metrostansiyasında hadisə baş ver zaman eskalatorda çoxlu sayda Rusiya azarkeşi də olub, lakin onlardan neçəsinin xəsarət aldığı hələ ki, məlum deyil.

Yerli KİV yazır ki, rusiyalı fanatlar sərxoş vəziyyətdə olublar və eskalatorda atılıb-düşməyə başlayıblar.

Qeyd edək ki, “Roma” – MOİK matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.








loading...


Fikrinizi bildirin