İranda ərzaq məhsulları bahalaşdı

İranda bəzi ərzaq məhsulları bahalaşıb. Bu barədə İranın Mərkəzi Bankının statistikasına istinadən məlumat verir. Belə ki, oktyabrın 12-dən 6 ərzaq məhsulu bahalaşıb.Süd məhsullarından kərə yağını çıxmaq şərti ilə digərlərində 1,4-1,5% qiymət artımı olub.

Toyuq yumurtası da 0,8% bahalaşıb. Yerli düyünün qiyməti 1,3-3,1% bahalaşıb. Dənli məhsullarda mərci və digər məhsulların qiyməti 0,1-2,3% artıb.

Qoyun ətinin qiyməti 1,6%, mal ətinin qiyməti 0,7% və toyuq ətinin qiyməti 1,5% azalıb.

Qənd 0,3%, şəkər 0,4%, bitki yağı 3% bahalaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar