Ucarda yaşlı qadını maşın vuraraq öldürüb

Ucar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Report"un Şirvan bürosunun məlumatına görə, Heydər Əliyev prospektində yolu keçmək istəyən 64 yaşlı Xuraman İsmayılovanı hərəkətdə olan minik maşını vurub.

Qəzadan sonra sürücü yaralını dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Ucarda avtomobilin dirəyə çırpılması nəticəsində 2 nəfər ölüb.

23.10.201823:29 28

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar