“Azərbaycanda 2 milyon iş yeri açılıb” - Əli Əhmədov

"Dünyada milyonlarla insan aclıq və iqtisadi məngənələrdən sıxılır. Biz üzərimizə götürülən öhdəlikləri yerinə yetirməli, elə dünya qurmalıyıq ki, orada aclıq olmasın, insanlar xəstəlik tapmasınlar".

Modern.az xəbər verir ki, bu sözləri Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Bakı Forumunun rəsmi açılış mərasimində deyib.

Əli Əhmədov hesab edib ki, bu istiqamətdə qarşıda duran vəzifələr bizi daha ciddi işləməyə vadar edir:

“13-15 il ərzində Azərbaycan yoxsulluğu 55 faizdən 5 faizə endirə bilib, 2 milyon iş yeri açılıb. Bu rəqəmlərin reallıq olduğunu sübut etməyə ehtiyac yoxdur. Amma dəyişən yalnız statistika deyil. Bakı şəhəri gözəl və müasir şəhərə çevrilib. Ölkədəki regionların siması dəyişib. Bütün bunların 13-15 il ərzində əldə edilməsi bizi inandırır ki, dünyamızı da 13-15 il ərzində dəyişdirmək mümkündür”.

Ə. Əhmədov qeyd edib ki, dünyanın simasını dəyişmək üçün bir neçə şərt var: “Dünya dövlətləri və liderləri iradə ortaya qoymalıdırlar. Qaçqınlar, toqquşmalar, müharibələr dünyamızın əsas problemləridir. Bunlar həll edilmədən 2030-cu ilə qədər dünyanın simasını dəyişdirmək mümkün deyil. Azərbaycan məcburi köçkün problemini yaşayan ilk dövlətlərdəndir. 10 milyon əhalisi olan Azərbaycanın 1 milyon məcburi köçkünü var. Azərbaycan torpaqlarının işğalı nəticəsində bu insanlar qaçqın vəziyyətinə düşüb. Azərbaycan hökuməti qaçqınların daha layiqli yaşaması üçün çalışıb, amma insanlar öz doğma evlərinə qayıda bilmir, çünki torpaqlarımız işğal altında qalır. Odur ki, bəşəriyyət, o cümlədən BMT səy göstərməlidir ki, qaçqın problemi öz həllini tapsın".

635x100

Şərhlər

diha 2018-10-25 17:04:12

"pripiska" nın tərcüməsini bilirdim,ancaq nə olduğunu bilmirdim...Çox sağ olun Əli müəllim!

Abit 2018-10-25 17:04:12

Eli bey deyin görek sizi hansı xidmetlerinize göre o vezifete qoydular? Siyavuş bey sizden qoçaqdı

Əlibala 2018-10-25 17:04:12

Yalançının evi yandı,heç kim inanmadı.Əli Əhmədov baş yalançıdır.Görəsən öz yalanlarından xəbəri var?Gözünü yumub yalan buraxır.Elə bilir onu dinləyən ar.O danışanda hamı yatır.Çünki artıq çoxdan bəllidir ki, partiya üzvləri talançı.o isə yalançıdır.Misal istədiyiniz qədər: Məmmədovlar,İbrahimovlar,Müslümov,Azenerıi ədri və sairə.və sairə. Zaman

R-n 2018-10-25 17:04:12

Сox ......Nezere almag lazimdir ki,hal-hazirda,tekce Rusiyada 3 milyondan cox corek axtarishinda olanlarimiz var.Kimi aldadirig?Hami bilir ki,robot programla ishleyir. .... hokumet adami deyende ki,"sofiya tesadufden demir ki Azerbaycan suretle inkishaf edir".Yadima KVN-nin asteroide aid mesgeresi dushdu.Ne reziller elinde galmishig....

Abit 2018-10-25 17:04:12

Hardadı bir ikisinin ünvanını metbuata açıqla gedek işleyek,iki diplomla neçe illerdi düzde qalmışıq,yalan neye ve kime lazımdı?Elebil insanları qesdle qıcıqlandırırsız,o milyon dediyiz iş yerinin 10 denesinin yerini deyin bilek.Birde oxuyun yazılan bu şerhleri

Iwsiz iw axtaran 2018-10-25 17:04:12

Azerbaycanda en qanmaz savadsiz adamdan da soruwsan ona ne qeder ruwvet versen de oz vicdanininda inanmaz ki azerbaycanda doqurdanda iwzizlerin sayi bew faizdir..;Ancaq ..... Yalancilara ALLAHN leneti olsun ALLAHDAN yalancilara saqalmaz bela gelsin INWAALLAH

hüseyin 2018-10-25 17:04:12

Qaraya ağ deməyə gərək min sifəti olsun insanın. Ağsaqqal vəzifəli adama isa yaqraşmaz yalan danışmaq. Reallığı vicdanla danışmaq gərək.

yusif-1313 2018-10-25 17:04:12

Əli müəllim! Yalan danişmadiğinizi sübut etmək ücün bu iş yerlərinin siyahisini verin internetdə.Əgər verə bilmirsinizsə deməli yalan danişirsiniz.

İliç ,İlyas Əhmədov 2018-10-25 17:04:12

2007 ildə dediler kasıbçılıq 50% di 2010 ildən dedirlər kasıbçılıq artiq 5% düşüb ! Nə oldu bu 8 idə kasıbçılıq 5%- dən aşağı düşmədi? Kimdi bunların yalanının qarşısına söz qoya bilən ? Necə istəyirlər elədə danışırlar !!!

o.b.n 2018-10-25 17:04:12

Bəlkə o iş yerinin ünvanını ,Rabota.az saytında yerləşdirəsiniz ki,o qul bazarındakı, ali təhsilli insanlrda gedib işləyə.Qaldı işsizlik 5%-ə enib:TƏBLİĞATLA BEYİNİ QİDALANDİRMAQ OLAR,ANCAQ QARINI YOK.

BAKILI 2018-10-25 17:04:12

Yoldaw Axmedov siz harada yawayirsiz Azerbaycanda yoxsa kosmosda

bisavad 2018-10-25 17:04:12

SIZDƏN xahiş edirəm ki,yeni açılan iş yerlərini xüsusi sayta yerləşdirəsiniz və "O olmasın bu olsun" filmindəki hambal bazarını xatırladan bazarlar ləğv olunsun.

Asim 2018-10-25 17:04:12

Yalançının...Əgər iş yeri açılıbca, bəs bu qədər adam nəyə görə işsizdir?

t.ədalət 2018-10-25 17:04:12

Əli müəllim,o iş yerlərindən, əgər varsa,birini bizə verin.

hellas 2018-10-25 17:04:12

Körpülərin altına o qədər insan yerləşmir axı ay Yapon İmperatoru (Z.H.)!!!

miri 2018-10-25 17:04:12

:))))

Islam mellim 2018-10-25 17:04:12

xarici olkede acilib ya bizde. bes onda biz niye is tapa bilmirik.

Əli müəllimə 2018-10-25 17:04:12

BU adam yalanla baş girləyir.Son 10 ildə nə qədərbank və filialları bağlanıb və onların işçiləri harada işlə təmin olunub?Son on ildə nə qədər firmalar (xarici və ölkə daxili) bağlanıb? Harada,nə vaxt 200-300 nəfər işləyə biləcək müəssisə açılıb?Axı bu absurd,yalan yazılar kimi aldatmağa hesablanıb? Hansı statistikaya ( bu yaxında rayonlarda işsizlər sayının Komitə rəqəmləri çap olunmuşdu.Orada elə gülməli rəqəmlər mövcud idi ki! Rayonlarda 1,2.% nəfər işsiz qeyd olunmuşdu)istinad edərək 5 % işsiz göstərib

Son yazılar