37 yaşlı qadın intihar edib

Mingəçevir şəhərində 37 yaşlı qadın intihar edib.

“Report”un Şirvan bürosu xəbər ki, hadisə şəhərin Vaqif küçəsi, 19 ünvanında yerləşən beşmərtəbəli binadakı mənzillərin birində qeydə alınıb.

Belə ki, həmin mənzildə bir övladı ilə kirayədə yaşayan, 1981-ci il təvəllüdlü Samirə Aslan qızı Musayeva özünü asaraq öldürüb.

Hadisə zamanı övladının evdə olmadığı bildirilir.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar