Çin və Fələstin danışıqlara başlayıb - Azad ticarət sazişi bağlamaq üçün

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin və Fələstin azad ticarət üzrə saziş bağlamaq üçün danışıqlar prosesinə start verib. Saziş iki dövlət arasında ticari-iqtisadi münasibətləri daha da möhkəmlədəcək. Bu barədə Çinin Kommersiya Nazirliyinin (KN) bəyanatında söhbət açılır.

«Çin Xalq Respublikasının (ÇXR) sədr müavini Van Tsişanın, kommersiya nazirinin müavini Tsyan Keminin Fələstinə səfəri çərçivəsində Fələstinin milli iqtisadiyyat naziri Abir Ode arasında qarşılıqlı anlaşma barədə memorandum imzalanıb. Bununla da azad ticarət üzrə Çin və Fələstin arasında sazişin bağlanması istiqamətində danışıqlara başlanıb» - deyə, idarənin bəyanatında bildirilir.

Qeyd olunur ki, hər iki tərəf istiqamət üzrə fəal dialoq aparmaq üçün razılığa gəlib.

«Son illər Çinlə Fələstin arasında ticarət-iqtisadi əməkdaşlıq yaxşı nəticələr verib, ikitərəfli ticarətin həcmi əhəmiyyətli dərəcədə artıb, 2017-ci ilin yekunlarına görə, ikitərəfli əmtəə dövriyyəsi 69,28 milyon dollar təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 16,2 faiz çoxdur» - Çin tərəfin məlumatlarından belə görünür.

Xəbər verilir ki, ötən ilin noyabrından tərəflər azad ticarətin aparılması üçün bağlanacaq sazişin texnika-iqtisadi əsaslandırmasını hazırlamağa başlayıblar və birgə araşdırmaların yekunlarına görə, əsas maddələr üzrə konsensus əldə ediblər.

«Tərəflər hesab edirlər ki, azad ticarət üzrə sazişin imzalanması ikitərəfli ticarət-iqtisadi münasibətləri möhkəmlədəcək və hər iki ölkənin xalqlarına böyük faydalar verəcək» - sənəddə belə deyilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar