RUSİYANIN ƏN VARLI QADINI ODUR - İlk onluqda İqor Babayevin həyat yoldaşı da var

Məşhur "Forbes" jurnalı Rusiyanın ən varlı qadınlarının siyahısını dərc edib. "AzPolitika" Rusiya mətbuatına istinadla xəbər verir ki, şimal qonşumuzda yaşayan zərif cinsin ən varlı nümayəndələri arasında rəsmən varidatı 1 milyard doları ötən yalnız bir nəfər var.

Həmçinin, "Forbes"in dərc etdiyi siyahıdan məlum olur ki, Rusiyanın ən zəngin qadınlarının çoxu öz keçmiş, yaxud hazırki həyat yoldaşlarının sayəsində varlananlardır.

Siyahıya isə 1.2 milyardla Yelena Baturina rəhbərlik edir.

Bilməyənlər üçün məlumat verək ki, bu xanım Moskvanın sabiq meri Yuri Lujkovun həyat yoldaşıdır. Onun varidatı ötən illə müqayisədə 200 milyon dollar artıb. Baturinanın əsas qazanc yeri Rusiyada və Avropada yerləşən otellər şəbəkəsidir. Bundan əlavə, Lujkovun xanımının adı daşınmaz əmlak və alternativ enerji biznesində də keçir. Rusiyada çoxları bütün bu biznes imperiyasının əslində Y.Lujkovun özünün "zəhmətinin bəhrəsi" olduğunu iddia etsələr də, rəsmi sənədlərdə xanım Baturinanın adı qeyd olunur ...

tatyana

İkinci yerdə "Wildberries" internet mağazasının sahibi Tatyana Bakalçuk qərarlaşıb. Onun var-dövləti 600 milyon dollar civarında dəyərləndirilir. Jurnalın məlumatına görə, xanım Bakalçuk ötən illə müqayisədə var-dövlətini 180 milyon dollar artıraraq, 3-cü yerdən 2-ci yerə yüksələ bilib.

3577997090

Ötən il ikinci olan Yelena Rıbolovleva bir pillə geriləyib. Onun 600 milyon dollardan bir qədər az pulu olduğu bildirilir. Ancaq məsələ ondadır ki, bu xanımın var-dövləti hansısa biznesə bağlı deyil. O, bu qədər vəsaitə əri Dmitri Rıbolovlevlə boşanandan sonra sahib olub. Milyarder D.Rıbolovlev isə həm də Fransanın "Monako" klubunun sahibi kimi tanınır.

Nataliya-Filyova

4-cü yerdə "Sibir" aviaşirkətinin sahibi Nataliya Filyova, 5-ci yerdə isə 500 milyon dollarla "Proqress" ərzaq şirkətinin idarəçilərindən olan Olqa Belyatseva qərarlaşıb.

Siyahıda yer alanlardan biri isə milliyətcə dağ yəhudisi - tat olan məşhur milyarder İqor Babayevin həyat yoldaşı Lidiya Mixaylovadır. Onun varidatı 500 milyon dollar civarında qiymətləndirilir.

Xatırladaq ki, "Qruppa Çerkizovo" şirkətinin sahibi olan İqor Babayev Maxaçqalada anadan olub. 69 yaşlı Babayevin şirkəti Rusiyada ən iri ət məhsulları istehsalçılarından biri, bəzi məlumatlara görə, hətta birincisidir.

Bundan başqa, ilk onluğa milyarderlər Arkadi Rotenberqin qızı və Andrey Quryevin həyat yoldaşı da daxildir.

“AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar