Salyanda fəhlə körpünün inşası zamanı yıxılaraq ölüb

Salyan rayonunda ölüm hadisəsi baş verib."Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonda aparılan körpü tikintisi zamanı qeydə alınıb.

Şirvan şəhər sakini, 1959-cu il təvəllüdlü Əzizov Sübhan Cari oğlu körpüdən yıxılaraq ağır bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərilib. Lakin həkimlərin səyinə baxmayaraq, S.Əzizov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar