Soçi blokadaya düşdü: ətraf aləmlə əlaqə kəsildi

Rusiyanın Krasnodar vilayətində güclü leysandan sonra bir neçə yaşayış məntəqəsi su altında qalıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Soçi şəhərində sel ucbatından federal şosedə və dəmiryollarında hərəkət dayandırılıb.

Tuapse rayonunda isə leysanlar ubcbatından 2 nəfər həlak olub, bir nəfər itkin düşüb.

Yağışlar nəticəsində Tuapse rayonunda 1240, Apşeronsk rayonunda isə 714 ev su altında qalıb. Ümumilikdə hər iki rayondan 360 nəfər evakuasiya edilib. Vilayətdə yağışların fəsadlarının aradan qaldırılması işinə 350 hərbçi cəlb olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar