SƏUDİYYƏDƏN QAŞIQÇI CİNAYƏTİLƏ BAĞLI YENİ ETİRAF – “Planlı şəkildə öldürülüb”

Dərc olunub: 26/10/2018 - 10:06

7Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıkçının konsulluqda çıxan davada deyil, əvvəlcədən planlaşdırılaraq öldürüldüyünü rəsmi şəkildə etiraf edib. “AzPolitika.info” Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanında Qaşıkçı cinayətinin istintaqını aparan prokuror açıqlama verib.

Prokuror Camal Qaşıkçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlinin öncədən planlaşdırıldığını, planlı şəkildə həyata keçirildiyini bildirib. Bununla da Səudiyyə Ərəbistanı jurnalistin ölümünə dair açıqlamalarını 4-cü dəfə dəyişib.

5bc6e10676855

Kral ailəsinin Qaşıkçı haqda ilk açıqlamasında onun konsulluğun binasından çıxdığı bildirilirdi. Daha sonra açıqlandı ki, jurnalist guya konsulluqda çıxan davada həyatını itirib.

Bu açıqlama da sonradan dəyişdirildi və vurğulandı ki, guya o, bir qəza nəticəsində həlak olub.

İndi isə səudiyyəli prokuror etiraf edib ki, Qaşıkçının ölümü planlı şəkildə həyata keçirilib. Heç şübhəsiz buna səbəb Türkiyə hüquq-mühafizə orqanlarının ortaya çıxardığı faktlardır. Bu faktlar Səudiyyə Ərəbistanını cinayəti etiraf etmək məcburiyyətində qoyub. Ancaq sifarişçinin adı hələ də açıqlanmır.

Məlumatda həmçinin qeyd olunur ki, Qaşıkçının ölümündə əsas rol oynayanlardan biri yüksək vəzifəli kəşfiyyat rəisi Əhməd əl-Asiridir. ABŞ mətbuatı isə bu şəxsin prezident Donald Trampla dərin bağlantıları olduğunu önə çıxarıb.

Daha öncələr Səudiyyə Ərəbistanının Yəməndə həyata keçirdiyi hərbi əməliyyatların gedişində mətbuat sözçülüyünü həyata keçirən, ABŞ-ın rəhbərlik etdiyi Beynəlxalq koalisiyada da vəzifə tutan general Əhməd əl-Asiri şahzadə Məhəmməd bin Salmana ən yaxın isimlərdən biri olaraq tanınır. Ona görə də Əhməd əl-Asirinin sifarişi şahzadədən aldığı ehtimal olunur.

Ancaq prokurorun açıqlamasında Əhməd əl-Asirinin rəhbərlik etdiyi qrupun əmri kimdən aldığı açıqlanmayıb.

AzPolitika.info








loading...


Fikrinizi bildirin