“CƏNAB PREZİDENTİN ETİMADINI DOĞRULTMADIM...” - "Məni incidən budur"

Binəqədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərov A24.az saytına qısa müsahibə verib. O, işdən çıxarılmasından və gələcək planlarından danışıb. "AzPolitika.info sabiq başçının qısa müsahibəsini təqdim edir:

– Xaləddin müəllim, hazırda nə işlə məşğulsunuz?

– Hələ ki, istirahət edirəm.

– Səhhətiniz necədir?

– Şükür Allaha, sağlamlığımda heç bir problem yoxdur. Yaxşıdır hər şey. Şükür bu günümüzə. Amma yazmasanız, yaxşı olar da (gülür).

– Hələ ki, heç bir yerdə işləmirsiniz, eləmi?

– Hələ ki, yox. İşləmirəm. Hazırda Bakıdayam. Əsasən, paytaxtda və Goranboyda oluram. Atam bir az xəstədir, ona görə də onu tək qoymaq istəmirəm. Bu məsələlərə görə işlə bağlı hələ ki, heç nə düşünmürəm.

- Sosial şəbəkələrdən istifadə edirsinizmi?

– Bəli, sosial şəbəkələrdən istifadə edirəm. Hər gün olmasa da, istifadə etdiyim günlər olur. Beyləqan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vaqif Abdullayevin də sosial şəbəkədən istifadə etdiyini oxudum.

– Bundan sonra biznes fəaliyyəti ilə məşğul olmağı düşünürsünüzmü?

– Mən təbii ki, elmi fəaliyyətlə məşğul olmayacam. Baxaq da, biznes fəaliyyəti ilə, yaxud hər hansı bir işlə məşğul olmağı düşünürəm. Hələ ki, baxıram, təhlil edim, görüm nə işlə məşğul ola bilərəm.

– Xaləddin müəllim, bəzən mətbuatda məlumatlar yayılır ki, sizin “kadrlarınız vurulur” və s. Ümumiyyətlə, sizin kadrınız varmı?

– Kadr dövlətə məxsusdur. Xaləddin İsgəndərov kimdir ki, onun kadrı da ola?. İşdən çıxarılan şəxslər Xaləddin İsgəndərovun qohumu, əqrəbası, yaxını deyil ki, kimsə onun kadrı olsun. Yenə də deyirəm ki, kadr dövlətə məxsusdur. Adam gəlir, baxırıq və münasib bilinirsə, işləyir. Mənim özümün heç bir zaman şəxsi kadrım olmayıb. Mən heç kimi də hardansa öz yanıma gətirməmişəm. Sadəcə olaraq, baxmışıq ki, gənc, perspektivlidir, ondan sonra işə götürülüb. Həmin kadrlardan demək olar ki, hamısı hələ də çalışır. Bir-ikisini çıxmaq şərtilə. Çünki onlar Yeni Azərbaycan Partiyasının (YAP) fəallarıdır. Doğrudan da, savadlı şəxslər idi hamısı.

– Siz işdən çıxarılandan sonra qohumlarınızın da işdən çıxarıldığı deyilirdi…

– Təbii ki, haqqımda yazırlar. Mən isə onlara heç nə demirəm. Mənim yüksək vəzifədə olan heç bir qohumum işdən çıxarılmayıb. Haqqımda çox söz deyə bilərlər. Hamısı yalan sözlərdir.

– İşdən çıxarılmağınız sizi narahat edirmi?

– Mənim işdən çıxmağım məni narahat etmir. Hər bir kəs həyatda da müvəqqətidir, vəzifədə də. Məni narahat edən, mənə təsir edən, məni incidən odur ki, cənab Prezidentin etimadını doğrultmadım. Yoxsa, vəzifə müvəqqəti bir şeydir. Burda nə var ki?

635x100

Şərhlər

Elşad 2018-10-26 21:28:27

Yaltaqlığından əl çəkmə, bəlkə də qaytardılar. Elə əsl elm adamısan maşallah.

---- 2018-10-26 21:28:27

Etimadını doğrultdun. Bir müddətdən sonra nazir , yaxud da Prezident Aparatına vəzifəyə təyin edəcəklər. Tələsməyin. Talanı yaxsı bacarır.

Dr.AGAOGLU 2018-10-26 21:28:27

Azərbaycanın həqiqi elm aləminə,alimlərinə hörmətinizə görə təşəkkür.Prezidentə mesajınızda yəqin çatar.Özünüzü ümumi tələblərə uyğun, səhvinizi düzəldib yaxşı aparsanız,yəqin nəzərə alarlar.

vidadi 2018-10-26 21:28:27

bu adam siyasetde metamorfozadir gerek o hec ne danishmaya

binəqədi sakini 2018-10-26 21:28:27

Ay Xaləddin sən humanitar şöbəni nə günə qoydun? Vergidə adam qalmadı yığdın ora.Səni bu günə qoyan 25 yaşlı müavinin və gətirdiyin səriştəsiz kadrların oldu. Gül kimi icra hakimiyyətini vergidən gətirdiklərinlə darmadağın etdin. İclaslarda bağırmaqdan başqa bir şey bilmədin ki. Adam sənə baxanda xəcalət çəkirdi. Amma sənin müavinin və gətirdiyin səriştəsiz kadrların hələ də öz "ifaları" ilə iş başındadırlar.Bircə sən yoxsan! Bərbad günə qoyduğun icra elə o gündədir.Yaxşılığa doğru biraddım da atılmayıb!

garabağ elili 2018-10-26 21:28:27

... ...danışma get oğuradığlarıvı ye ..

AA-ya 2018-10-26 21:28:27

Hacibala kimisi neche il Bakinin meri ola biler,Xaleddin bir rayonun meri ola bilmez?? Vezifede oturanlarin 90 faizi ele belelerindendirde.Agilli ,ishleye bilen,ishi bacaran,sabadli adami idare etmek olmur,axi..

Абдулла 2018-10-26 21:28:27

İlk növbədə insanların sənə verdikləri qiymət və sənin haqqında fikirləri səni narahat etməli və qörıtmalıdır. Normal düşüncə tərzi ilə belə olmalıdır.

AA 2018-10-26 21:28:27

Bundan soruşmaq lazımdı, sən bu vəzifəyə necə gəlib çıxdın, hansı xidmətlərinə görə vergidən hoppandın düşdün icra başçısı oldun? Əlbəttə ki, Fazil Məəmədovun yeznəsisən deyə. Bu adam ağıldan kəm birisidir. Bunun iclasları əsl şəbeh idi, istər vergidə, istərsə də o biri tərəfdə. Adam, ayaqüstə durub 4-5 saat boş-boş nitqd irad edirdi. Ağzına gələni danışırdı. Sədaqətdən, xidmətdən kilo-kilo bəlağətli, lakin, məntiqsiz və bağlantısız cümlələr qurmağa çalışırdı. Sonra “sədaqətləri” və “xidmətləri” “ bilindi”.

EJDER 2018-10-26 21:28:27

BIRININ ADINI CEKIN KI,BU...ETIMADI DOQRULDUB...AZERBAYCAN NAQILLAR OLKESIDI...GET HAMI KIMI .SENDE ELMI IWLE MEWQUL OL...ANALOQU OLMAYAN MADERDEN DANIW...PARKLARDA,METRONUN USTUNDE,OSTANOVKADA TIKDIRDIYIN BINALARDAN,OBYEKTLERDEN VE S.GANUNSUSLUQDAN DANIW.HUQUG WOBESINDE KI,O...DANIW.HANSI KI,BUTUN QANUNSUZLUQA REVAC VERIBLER.DOMAYET...UWAGI.AZ QALIB,QUSARSUZ

həbib 2018-10-26 21:28:27

sən adını familini düzəməlli yaza bilirsən?

miri 2018-10-26 21:28:27

Hansı etimadını? Sizi narahat edən etimad deyil. Narahat edən: vəzifədə olduğunuz vaxt özünüz və yaxınlarınızın sorğu sual siz "açılan qapıların bağlı olması"dur. Sizi narahat edən "ötürmə oyunundan qalanların əlinizdən alınma" qorxusudur. Sizi narahat edən: "dünən qarşınızda iki qat əyilənlərin bu gün salam verməyə" qorxmasıdir....

t.ədalət 2018-10-26 21:28:27

Binəqədi rayonu ərazisindəki bələdiyyələrin torpaqlarını satdın və çox böyük pul qazandın.Bizim ölkədə oğruları və maliyyə dələduzlarını tutmurlar.Get,yavaş-yavaş ye!"Çalxa-çalxa yağ olsun,əsas odur ki,kefin saz olsun!"Etimad doğrultmasq,məgər,sənə qalıb?

Sadə Vətəndaş 2018-10-26 21:28:27

Nağıl hər kəs öz evinə dağıl

Абдулла 2018-10-26 21:28:27

Vəzifədə olanda nə xalqın problemləri narahat etmir, nə də rəhbərliyin göstərişləri təsir etmir, vəzifədən çıxandan sonra isə "məni incidən odur ki, cənab Prezidentin etimadını doğrultmadım." Soruşan gərəkdir ki, kim sənə mane olurdu ki, etimadı doğrultmadın? Bu suala cavab tapmaq üçün aynaya baxmaq lazımdır.

G.M 2018-10-26 21:28:27

Yox ay Xaləddin mallım,sən qabiliyyətcə heç nəyə qadir olmayan vətəndaşsan.Ancaq bu günümüzün reallığı baxımından...siz digər başçılardan zəif olmamısınız.sadəcə sökəndiyiniz ağac qırılıb və cəld tərpənib,kimsənin ətəyindən tutub ayaq üstə qalammadınız.Nə də həmkarlarınızdan fərqli olaraq,vaxtında bir neçə kanala soxula bilmədiniz.

energetik 2018-10-26 21:28:27

...və göydən 3alma düşdü.3-ünü də yeni icra başçısı götürdü.

Son yazılar