Azərbaycanın bank sektorunun xalis mənfəəti 2,8 dəfə azalıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarını 171,8 mln. manat xalis mənfəətlə başa vurub. “Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 307,9 mln. manat və yaxud 2,8 dəfə azdır.

Azərbaycanın bank sektorunun aktivləri bu il oktyabrın 1-nə 29 201,8 mln. manat təşkil edib.“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,6% çoxdur.

Sektorun aktivlərinin 10 252,9 mln. manatını və yaxud 35,1%-ni müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə kredit portfeli 0,3% kiçilib.

Hesabat dövründə bankların cəmi öhdəlikləri 8,4% artaraq 25 089 mln. manata, o cümlədən cəmi depozit portfeli 18,8% artaraq 18 249,3 mln. manata çatıb. Bunun 8 114,9 mln. manatı fiziki, 10 134,4 mln. manatı isə hüquqi şəxslərin depozitləridir. Son 1 ildə əhalinin banklardakı əmanətləri 15,9%, şirkətlərin banklardakı vəsaitləri isə 21,1% artıb.

Bu müddətdə bank sektoru Azərbaycan Mərkəzi Bankı qarşısındakı öhdəliyini isə 28,3% azaldaraq 409,3 mln. manata endirib.

Sektorun cəmi kapitalı isə 36,25% artaraq 4 112,8 mln. manat təşkil edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar