Füzuli rayonunda su kanalından 6 ədəd top mərmisi tapılıb

Füzuli rayonunun 9 saylı Qayıdış qəsəbəsi ərazisində partlamamış hərbi sursat tapılıb. ANAMA-dan "Report"a verilən xəbərə görə, bu barədə günorta saatlarında Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə məlumat daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və DİN-in Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə su kanalına baxış keçirilib, kanalda suyun səviyyəsinin yüksək olması ilə əlaqədar olaraq əməliyyat-axtarış tədbirləri 2018-ci il 26 oktyabr tarixində davam etdirilib, Agentliyin mütəxəssisləri tərəfindən 6 ədəd 122 mm-lik top mərmisi (2 ədəd OF-56 və 4 ədəd Ş-1) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin tapıldığı yerin ətrafında 5 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

635x100

Şərhlər

buzlaq 2018-10-26 22:53:28

Yaxşı ki, qanadlı "Tamoqavk" raketləri tapmamısınız, əks halda "Qayıdışın" adını çevirib "Dönüş" qoymalı olacaqdınız.

Son yazılar