Paşinyan ABŞ-dan sərfəli təklif gözləyir

"Ermənistan ABŞ istehsalı olan silahların tədarükünə dair “sərfəli təklif” gəlsə, bunu müzakirə etməyə hazırdır".

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu jurnalistlərə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bildirib.

Bu günlərdə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ermənistana səfəri zamanı bu ölkənin hökumətini Rusiya silahları əvəzinə ABŞ silahlarını idxal etməyə çağırmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar