“BRİTANİYA RUHUNU SƏUD SARAYINA SATDI!” – İngilis analitikdən acı etiraf

Nəhayət, Britaniyanın dünyadakı ən nifrətamiz diktatorluqlardan biri ilə sıx əlaqəsi üzə çıxır. Səudiyyə Ərəbistanının Yəməndə apardığı amansız müharibəni, indi dünyanın ən pis humanitar böhranını deyil, bir jurnalistin öldürülməsini qəbul etməsi – parodiyadır. Bu anın çox davam edəcəyini gözləməyin. İngilis isteblişmenti və Səudiyyə istibdadı bir-birinə bənzəyir: hakim iqtidarlarımız və müxalifətin başını kəsən, terroru ixrac edən və yəmənli uşaqlarını kökünü kəsən rejim arasındakı əlaqələri qırmaq heç kimə sərf etmir.

Siyasi elitamızı götürün. Baş nazirliyi dövründə Toni Bler Səudiyyə Ərəbistanında silahlanma müqaviləsini əhatə edən kütləvi korrupsiya qalmaqalına son qoymaq üçün baş prokurora təzyiq göstərib. Səudiyyə liderinin Yəməndə müharibəni başlamasından bəri Britaniya hökuməti 4,7 milyard dollarlıq silah ixracına lisenziya verib. İngilis hərbi məsləhətçiləri hətta Səudiyyə “müharibə otaqları”nda çalışıblar.

Almaniya indi Səudiyyə rejiminə silah ixracını dayandırıb, lakin məktəb avtobuslarına daha Qərb bombaları düşməsə belə, mühafizəkarlar hökumətinin Almaniya rəhbərliyindən nümunə götürəcəyinə şans yoxdur.

Səudiyyə rejimi yüz minlərlə ingilis millət vəkillərinin, əsasən torilərin (və bəzi leyboristlərin) saqqalının altından keçib: xarici səfərləri maliyyələşdirməkdən tutmuş hədiyyələrə sərf edilən vəsaitə qədər. Bu cür səfərlərdən birində, bu ilin aprel ayında leyborist Pol Uilyams qaqqıldayırdı ki, “əvvəlki təsəvvürlər köpükdür”; guya o, “təsəvvürlərimi tamamilə dəyişən müasir, mütərəqqi Səudiyyə Ərəbistanını gör”üb. Onun səudiyyəli maliyyə yardımçıları, yəqin ki, məmnun idilər: tacdar şahzadə Məhəmməd Bin Salmanın rəhbərliyi dövründə edamlar ikiqat artıb; qadın hüquqları müdafiəçiləri və ölkənin ən görkəmli müxalifətçiləri həbs olunub; Yəməndə Səudiyyə tərəfindən minlərlə adam qətlə yetirilib.

Böyük Britaniya parlamentarilərinin səhnəni xatırladan məkanlara səfərləri yanlış islahat imicini layihələşdirmək üçün yaxşı sərmayədir. Uilyams “rejimin tamamilə dəhşətli işlərini” görə biləcəyinə etiraz edir, amma “iqtisadi və sosial islahatlar baş verdiyini” vurğulayaraq, özünün kukla kimi istifadə edildiyini qəbul edə bilmir.

Kvasi Kvartenq – təxminən 10 min £ dəyərində Səudiyyə səfərlərində olmuş tori deputatıdır. Mənə deyir ki, diktatorlar tərəfindən ödənilən səfərləri rədd etmək “uşaqlıq” və “səfeh solçu yanaşması”dır. Şimali Koreya diktaturasının maliyyələşdirdiyi səfəri qəbul edib-etməyəcəyi barədə sual verdikdə, o sadəcə ölkədən ölkəyə fərq qoymadığını deməklə etiraz edir.

Niyə rejimin bu cür səfərləri maliyyələşdirməsi qənaətindədir? “İnsanlar təbii ki, təbliğat məqsədi üçün öz ölkələrini yadların görməsini istəyirlər!” – deyə dəstəyi asmazdan əvvəl etiraf edir. O, əlbəttə, haqlıdır: bu cür səfərlərə etiraz Səudiyyə təbliğatına qarşı hücumdur.

İqtisadi əlaqələr də var. Bu ilin əvvəlində xarici işlər naziri Boris Conson önümüzdəki on il ərzində təhsildən səhiyyəyə qədər olan sahələrə yatırılan təxminən 65 milyard £-lik Səudiyyə investisiyasını yüksək qiymətləndirib. Maliyyə Davranışı İdarəsi xarici dövlət şirkətlərinin London Fond Birjasının “mükafat kateqoriyasında” siyahıya alınmasına icazə vermək üçün öz qaydalarını dəyişib. İnsayderlər qaydaların Səudiyyə Ərəbistanının “Aramco” neft şirkətinə xeyir vermək üçün dəyişdirildiyini qəbul edirlər. Yəni İngiltərənin maliyyə tənzimləyici orqanı xarici diktaturanın maraqları baxımından qaydalarını dəyişib.

Devid Noriks yeni maraqlı kitabı “AngloArabia”-da qeyd edir ki, böyük maliyyə kəsiri olan İngiltərənin “əvəzolunmaz istehsal səbəti” – Körfəzin, o cümlədən Səudiyyə Ərəbistanının neft dollarları hesabına doldurulur.

Səudiyyə nüfuzu vətəndaş cəmiyyətinə dərinliyinə nüfuz edir. Universitetlər Səudiyyə kral ailəsinin pullarını xərcləyir, o cümlədən Oksford Universitetinin institutları, Aşmolean Muzeyi və “Said Business School” da. Nyu-York muzeyləri indi Səudiyyə pullarını rədd edirlər, amma Böyük Britaniyada əksinə, Camal Xaşuqci yoxa çıxdıqdan sonra da, Təbiət Tarixi Muzeyi Səudiyyə səfirliyinin ev sahibliyi etdiyi bir tədbiri ləğv etmədi, çünki o, “mühüm xarici maliyyə mənbəyi”dir.

Bir də ingilis azad mətbuatını nəzərdən keçirək. “The Independent” – keçmiş iş yerim – Yaxın Şərq və Pakistandakı veb-saytların açılması üçün Səudiyyə kral ailəsinə yaxın media qrupu ilə birləşib. Təəccüblü deyil ki, rejimlə əlaqəli Səudiyyə iş adamı xəbər saytında 30%-lik səhm payı alıb.

Səudi şirkətlər qəzetlərdə Bin Salmanın islahat gündəmini təbliğ edən reklam səhifələri alıblar, o cümlədən “The Guardian” da. “The Telegraph”-ın müxbiri Con Koflin Milli Tarix Muzeyinin tədbirinə qatılaraq, ertəsi gün “tweet”lə müşayiət olunan bir məqalə dərc edib: “Camal Xaşuqci liberal idi, yoxsa Qərbi təhqir edən nadan müsəlman?” O, Bin Salmanla saxta müsahibə dərc edib və “Səudiyyə Ərəbistanının gələcək perspektivləri heç bir hüdud tanımır” iddiası ilə onu “bəşərin lokomotivi” olaraq səciyyələndirib.

Səudiyyə Ərəbistanı bizi təhdid edən istibdaddır. “Taliban”, “əl-Qaidə” və İŞİD-in yüksəlişində o mərkəzdir. Qadınları dəhşətli təzyiqlərə məruz qoyur, geylər və “cadugər” üçün ölüm cəzasını qüvvədə saxlayır, bütün siyasi partiyaları və azad mətbuatı qadağan edir və Yəməndə mülki əhalini qırmaq üçün Britaniya və ABŞ silahlarından istifadə edir.

İngiltərənin Səud Ailəsi ilə ittifaqı hakim elitanın “xarici insan haqları” mövzusundakı sözlərinin ağ yalan olduğunu ortaya çıxır. Xarici rejimlər zalımların iyerarxiyasına qoyulur, amma düzülüş qaydası hansının nə qədər zülmkar olmasına əsasən yox, əksinə, onların Qərb maraqlarına nə dərəcədə düşmən olması meyarı ilə müəyyən edilir.

Ölkəmizin sosial səylərinin legitimliyini itirməsi üçün bir çox səbəblər var. Onlardan biri – bu qanla dolu müqavilə də istənilən pakt kimi nifrətamizdir.

Ouen Cons

“The Guardian”

Tərcümə "Strateq.az"ındır

635x100

Şərhlər

ARİF 2018-10-27 15:17:43

Səudiyyə tÖrətdikləri cinayətlərə gÖrə müqəddəs şəhərlər Məkkə və Mədinə onların əlindən alınıb Vatikan kimi dövlətə çevrilməlidir.

Arif Əliyev 2018-10-27 15:17:43

Çox gözəl və məntiqli təhlildir bu cür təhlilər millətimizə lazımdırki gələcəkdə siyasi durumları anlaya bilsin yəni elmdən helm yarada bilsin yoxsa bəzi boş boğaz siyasətçilər kimi yanaşmasınlar.

vidadi goyce 2018-10-27 15:17:43

bu ereblerle ingilislerin qan tokmesi,adam ogurlamasi,satqinciliqlari cox yaxshi alinir

tural 2018-10-27 15:17:43

Cehennemd eyeqinki en cox ingilis ereb yevrey ve ermeni olacaq

Son yazılar