Bütün dünya ABŞ-a qarşı İranın yanındadır - Ruhani

Bir neçə dövlət istisna olmaqla, bütün dünya ABŞ-a qarşı İranın yanındadır. Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.

O, İran kimi böyük bir dövlətlə qarşı-qarşıya gəldiyi üçün müttəfiqlərinin Vaşinqton rəhbərliyini tək qoyduğunu bildirib: ”ABŞ-ın sanksiyalarını və neft satışındakı geriləməni əsas gətirərək problemlərdən qaça bilmərik. İnflyasiyanı nəzarət altına alacaq və iş sahələrini artıracağıq. Bu, bizim üçün mümkündür. Xarici media ictimaiyyəti yanıltmaq üçün təxribatla məşğul olur, İranda hiperinflyasiya olduğunu deyir. İranın yaşayış şəraitinin ən ağır ölkə olduğunu iddia edirlər, amma yalan danışırlar”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar