Ronaldo fikrini dəyişdi – Milliyə qayıdır
Baxiş sayı:
Dərc olunub:
27/10/2018 - 22:39
“Yuventus”un hücumçusu Kriştiano Ronaldo milli komanda ilə bağlı fikrini dəyişib.Qol.az-ın “Corriere dello Sport”a istinadən yaydığı xəbərə görə, 33 yaşlı futbolçu yığmaya qayıtmağa qərar verib. “Yuventus”a daha yaxşı uyğunlaşmaq üçün bu ilin sonuna qədər millidə oynamayacağını açıqlayan təcrübəli forvard artıq hazır olduğunu bildirib.
Qeyd edək ki, Portuqaliya millisi UEFA Millətlər Liqasında noyabrın 17-də İtaliya, 3 gün sonra isə Polşa ilə qarşılaşacaq. Ronaldonun hər iki oyunda meydana çıxacağı gözlənilir.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.