BŞBPİ-də geniş əməliyyat müşavirəsi keçirilib

Dərc olunub: 27/10/2018 - 22:52

bspiBakı Şəhər Baş Polis İdarəsində cari ilin 9 ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsi keçirilib.

“Report” xəbər verir ki, müşavirəni giriş sözü ilə açan baş idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov qeyd edib ki, 9 ay ərzində iqtisadiyyatın inkişafının, strateji əhəmiyyətli dövlət proqramlarının, müxtəlif beynəlxalq ictimai, mədəni, humanitar və idman tədbirlərinin uğurla həyata keçirilməsinin mühüm şərtlərindən olan sabitliyin, əmin-amanlığın qorunub-saxlanılmasında paytaxt polisinin də böyük əməyi olub.

Bakı şəhər Baş Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Elxan Həsənov hesabat dövründə paytaxt polisinin orqan və hissələri həyata keçirilən tədbirlərin nəticələri və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.

O bildirib ki, Bakı şəhəri, еləcə də ayrı-ayrı rayоnlar üzrə əməliyyat şəraiti kоmplеks təhlil еdilib, хidməti fəaliyyətin səmərəliyinin artırılmasına dair təkliflər hazırlanaraq icraya yönəldilib.

Baş idarənin bir sıra idarə, xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış edərək hesabat dövründə görülən işlərdən, əldə olunan nəticələrdən, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün qarşıya qoyulan vəzifələrdən, həyata keçiriləcək konkret tədbirlərdən danışıblar, nöqsan və çatışmazlıqları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər.

Əməliyyat müşavirəsinə yekun vuran baş idarənin rəisi M.Seyidov 9 ayda paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, müxtəlif hüquqpozmaların, o cümlədən insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki illə müqayisədə xeyli azaldığını qeyd edib. O, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib.

Polis general-mayoru Mirqafar Seyidov Daxili İşlər Nazirliyinin rəhbərliyini, şəxsən respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovu əmin edib ki, Baş İdarənin əməkdaşları bundan sonra da paytaxt ərazisində cinayətkarlıqla qətiyyətli mübarizəni əzmlə davam etdirəcək, sabitliyin, əmin-amanlığın, ictimai asayişin nümunəvi təmini istiqamətində qarşıya qoyulan bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə və peşəkarlıqla yerinə yetirəcəklər.






loading...


Fikrinizi bildirin