Bakıda şagirdi döyən direktor müavini işdən çıxarıldı - VİDEO

Sosial şəbəkələrdə Bakıda məktəb direktorunun müavini olduğu iddia edilən müəllimin məktəbliləri döyməsini əks etdirən video-kadrlar yayılıb.

Məlumata görə, hadisə Dərnəgüldə yerləşən məktəblərdən birinin qarşısında baş verib.

Kadrlardan görünür ki, kişi uşaqlara hücum edir və onlardan birini vurur. Vurulan uşaq üzünün qanını silə-silə kənara çəkilir.

Virtualaz.org xəbər verir ki, həmin şəxsin Cəbrayıl rayonunun Qovşudlu kənd tam orta məktəbinin məktəbdənkənar işlər üzrə direktor müavini Vidadi Əsədov olduğu məlum olub. O, 26 oktyabr 2018-ci ildə müəllimin etik davranış qaydalarını pozduğuna görə vəzifəsindən azad edilib. Bu barədə Cəbrayıl Rayon Təhsil Şöbəsindən məlumat verilib.

V. Əsədov şiddətli töhmət verilməklə sıravi müəllim işinə keçirilib.

Təhsil şöbəsindən onu da bildiriblər ki, belə hərəkətlərin təkrarlanacağı təqdirdə o, pedaqoji işlərdən kənarlaşdırılacaq.

635x100

Şərhlər

bisavad 2018-10-27 23:17:01

Mən də müəllim olmuşam.Dəcəl şagirdlərə sağlamlığına zərər vurmadan fiziki cəza vermişəm. Aradan illər keçib. Həmin şagirdlər bu gün mənim az cəza verdiyimdən gileylənirlər.

t.ədalət 2018-10-27 23:17:01

Məncə internet və ya digər TV-lərin özbaşına yayımına qadağa qoyulmalıldır.Arada "meydan sulamaqla" məşğul olan TV-şiklər, az qala camaatın ayaqyolusunu da çəkməklə məşğuldurlar.Ümumiyyətlə,telefon kameraları daxil, adamları icazəsiz çəkmək və yaymaq qanunla qadağan olunmalı,belələrinə ciddi cəza verilməlidir.Müəllim uşağın "qulağını çəkməsə" məktəbdə qayda yaratmaq olmur.Nə olsun,bizim də qulağımızın dibini sillələyiblər.Belə "yayımları" aramızdan çıxarsaq,yaxşı olar.

Taleh 2018-10-27 23:17:01

Indiki usaqlari doymek azdir

Son yazılar