«ABŞ müharibə hazırlayır!» - Rusiya XİN

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, qonşu ölkənin Xarici İşlər Nazirliyi (XİN) silahların yayılmaması və onlar üzərində nəzarət Departamentinin direktor müavini Andrey Belausov dünya ictimaiyyətini məlumatlandırıb ki, Amerika Birləşmiş Şatatları (ABŞ) orta və yaxın məsafəli raketlərin məhvi barədə Müqavilədən (OYRMM) çıxamaqla, müharibəyə hazırlaşdığını ortaya qoyur.

Diplomat bu bəyanatı o zaman səsləndirib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın hazırladığı və OYRMM-i dəstəkləyən qətnaməni müzakirəyə çıxarmağın əleyhinə səs venib.

Səsvermədən sonra ABŞ nümayəndəsi Robert Vud qeyd edib ki, son 5 ildə Vaşinqton Moskvaya təsir göstərməyə çalışıb ki, sözügedən Müqavilənin müddəalarını pozmasın və artıq ABŞ-ın səbri tükənib.

Bunun cavabında Belousov qeyd edib ki, Rusiya artıq 2000-ci ildən bu Müqavilənin şərtlərinə əməl etməyən ABŞ-a iddialar irəli sürməkdədir. Məsələn, bu yaxınlarda ABŞ bəyan edib ki, guya Rusiya müharibəyə hazırlaşır və öz niyyətini təsdiqləyib: «Biz, öz vətənimizi, ərazi bütövlüyümüzü, prinsiplərimizi, dəyərlərimizi, insanlarımızı qorumağa - belə müharibəyə hazırlaşırıq».

O, ABŞ-ı bunda günahlandırıb ki, «müharibəyə hazırlaşan» Rusiyadan fərqli olaraq, ABŞ «müharibə hazırlayır».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar