Aİ öz SVİFT-ini yaradır - Çin və Rusiyanın iştirakilə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa İttifaqı (Aİ) hal-hazırda özünün ödəniş sisteminin işlənib hazırlanması üzərində çalışır.

Yaradılacaq sistem Avropa banklarını müxtəlif ölkələrin bankları ilə birləşdirəcək və SVİFT-in alternativi olacaq. Layihə Çini və Rusiyanı da əhatə edəcək.

Amerikanın SVİFT sistemi 200-dən artıq ölkənin 11 min maliyyə institutu arasında informasiyanın ötürülməsinə və ödənişlərin aparılmasına imkan yaradır.

«Söhbət maliyyə hesablaşmaları mexanizminin yaradılmasından gedir. Nəzərdə tutulur ki, onlar layihəni özlərində işləyib hazırlayacaqlar, qəbul edəcəklər və sonra 3-cü ölkələr üçün, ilk növbədə Rusiya və Çin üçün açacaqlar» - deyə, Rusiya Federasiyasının Aİ-da daimi nümayəndəsi Vladimir Çijov bəyan edib.

Aİ-nın ticarət həmkarlarına qarşı amerikanın davamlı sanksiyaları ona gətirib çıxardıb ki, Avropa ABŞ-dan asılı olmayan öz sistem və institutlarını yaratmaq qərarına gəlib.

Bundan başqa, ABŞ-ın bəzi nümayəndələri dəfələrlə bəyan ediblər ki, sanksiya altına düşən Rusiya və digər ölkələr üçün SVİFT-i bağlaya bilərlər ki, bu da onların bank sistemini iflic edə bilər. Ancaq bu zaman SVİFT-in özündə belə siyasətdən kənar dayanmağa çalışırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar