AZƏRBAYCAN DİPLOMATİYASINDA NÖVBƏTİ RÜSVAYÇILIQ! - Səfir, keçmiş səfiri tutdurmaq istəyir!

"O, səfir kimi vəzifələrinin icrası ilə deyil, şəxsi müstəvidə “razborkalar” aparmaqla məşğuldur"

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkədəki sabiq səfirimiz Tələt Əliyev barəsində Ukraynanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə şikayət göndərib!

"AzPolitika.info"nun məlumatına görə, A.Xudiyev iddia edir ki, T.Əliyev səfir olduğu dövrdə diplomatik nümayəndəliyin binasını təmir etdirərkən, böyük məbləğdə vəsaiti mənimsəyib. Səfirin şikayəti əsasında məhkəmə T.Əliyevin mənzilində axtarış aparılması barədə qərar çıxarıb.

Məsələnin təfərrüatına aydınlıq gətirmək məqsədilə Missiya.Az-ın əməkdaşı sabiq səfir T.Əliyevlə əlaqə saxlayıb. 2001-2010-cu illərdə səfir kimi fəaliyyət göstərmiş T.Əliyev uzun illərdir ki, Kiyevdə yaşayır və hazırda fəal diaspor üzvü kimi Ağsaqqallar Birliyinə rəhbərlik edir.

T.Əliyev bildirib ki, səfir A.Xudiyev ondan qisas almağa çalışır: “Məsələ burasındadır ki, mən Azərbaycanın Ukraynadakı səfiri olduğum vaxtlarda, Azər Xudiyev mənim diplomatım idi. O, həmin vaxtlar özünü yaxşı aparmadığı üçün barəsində bəzi fikirləri Azərbaycanın Xarici İşlər Nazirliyinə yazmışdım. İndi isə o burada səfir olub. Hazırda mənə qarşı axmaq hərəkətlər etməyə başlayıb. Məndən qisas almaq istəyir. Barəmdə Ukraynanın Daxili İşlər Nazirliyinə və Ukraynanın Paş Prokurorluğuna müxtəlif məlumatlar göndərib.

Guya mən səfirliyi təmir etdiyim zaman, böyük məbləğdə vəsaiti mənimsəmişəm. Urkayna məhkəməsinin qərarı ilə evimdə axtarış da aparılıb. Bildirildi ki, səfirliyin 2002-ci ildən 2018-ci ilin yanvarına qədər olan blanklarını, mühasibatlıq, təsərrüfat və iqtisadi sənədlərini, möhürlərini və disklərini axtarırlar. Onlara sual verdim ki, 2010-cu ilin 15 iyulunda səfirliyi təhvil vermişəm. Həmin vaxtdan səfirliklə heç bir əlaqəm yoxdur. Siz məni hansı əsasla 2018-ci ilin yanvarına qədər yoxlayırsınız? Mənə dedilər ki, məhkəmənin qərarı var və biz axtarışlar aparmalıyıq. Əlbəttə, axtarış zamanı evimdən heç nə tapmadılar. Amma mənim həyat yoldaşımın işlədiyi şirkətin sənədlərini apardılar”.

b_550_325_16777215_00_images_xeber_sekilleri__24.10.2018_dfdffdf.jpg

T.Əliyevin sözlərinə görə, səfir A.Xudiyev onun həbs olunması üçün Ukraynanın hüquq-mühafizə orqanlarına ardıcıl müraciətlər göndərir: “Ulu öndərimiz Heydər Əliyev o vaxt mənə Fövqəladə və Səlahiyyətli səfir dərəcəsi vermişdi. Bu ad indi də qüvvədədir. Səfir vəzifəsindən geri çağırılan zaman həmin dərəcəni mənim üzərimdən götürmədilər. Hazırda pensiyadayam. 9 ilə yaxındır ki, mənim səfirliklə heç bir əlaqəm yoxdur. Azər Xudiyevin mənimsəmə iddiasının, təbii ki, heç bir əsası yoxdur. Ümumiyyətlə, Azər Xudiyevin mənə qarşı etdiyi bu haqsızlıq diplomatiya ənənələrində bu səhəyə xələl gətirən görünməmiş hadisədir. Təmir Azərbaycanın Xarici İşlər Nazirliyinin və Layihə İnstitutunun nəzarətində olub. Nazirlik təmir işlərini diqqətlə yoxlayıb. Heç nə ortaya çıxmayıb. Məndən sonra bir müddət müvəqqəti işlər vəkili fəaliyyət göstərdi. Sonra Eynulla Mədətli Ukraynada səfir oldu. Heç bir problem yaşanmadı. Amma Azər Xudiyev səfir kimi fəaliyyətini unudub insanlarla düşmənçilik aparır, qisas almağa çalışır. O, təkcə mənə qarşı deyil, ümumən buradakı Azərbaycan diasporunun nümayəndələrinə qarşı da eyni hərəkətləri edir. Başa düşmək olmur ki, məqsədi nədir, niyə Azərbaycan diasporuna qarşı belə düşmən mövqeyində dayanıb? Görünən odur ki, burada diasporu məhv etməyə və insanları üz-üzə qoymağa, fəallara problemlər yaratmağa çalışır. Bunun üçün isə Ukraynanın hüquq-mühafizə orqanlarındakı şəxsi əlaqələrindən istifadə edir. Faktiki olaraq, bu gün Ukraynada yaşayan azərbaycanlıların səfirliklə əlaqələri kəsilib. Azər Xudiyevə görə heç kəs o binaya üz tutmaq istəmir.

Ümumiyyətlə, Azər Xudiyev elə bir vəziyyət yaratmağa çalışır ki, buradakı diaspor fəallarının başı öz problemlərinə qarışsın. Dövlət maraqları, ümumi mənafe onu qətiyyən maraqlandırmır. Hazırda onun əsas işi diaspor fəalları barədə Ukraynanın hüquq-mühafizə orqanlarına əsassız şikayətlər yazmaqdan ibarətdir”.

T.Əliyev bildirib ki, baş verənlərlə bağlı Prezident İlham Əliyevə, Xarici İşlər Nazirliyinə və Diasporla üş üzrə Dövlət Komitəsinə müraciət hazırlayır: “Bundan başqa, gələn həftə Kiyevdə mətbuat konfransı da keçirməyi planlaşdırıram. Şəxsimə qarşı yönəlmiş mənəvi terror barədə ictimaiyyəti məlumatlandıracam. Azər Xudiyevin böhtanları, əsassız şikayətləri qarşısında susmayacam. Qoy hamı bilsin ki, Azər Xudiyev Ukraynadakı azərbaycanlılara, Azərbaycan üçün böyük işlər görmüş insanlara müharibə elan edib və o, səfir kimi vəzifələrinin icrası ilə deyil, şəxsi müstəvidə “razborkalar” aparmaqla məşğuldur. Mən ulu öndərimiz Heydər Əliyevə sadiq olmuşam, onu Azərbaycanın xilaskarı hesab etmişəm və bu gün öz mövqeyimdə qalıram. Onun böyük ideyalarının uğurlu davamçısı olan Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyən adamam və bu, həmişə belə olacaq. İndi mən şəxsi hikkəsinin əsirinə çevrilmiş bir səfirin əsassız ittihamları ilə üz-üzə qalmışam. Azər Xudiyevin belə fəaliyyət nümunəsi bilavasitə dövlət maraqlarına, ümummilli məsələlərimiz ətrafında birlik çağırışlarına zərbə vurur. O, öz hərəkətləri ilə Ukrayna ictimaiyyətində Azərbaycan və azərbaycanlılar barədə mənfi rəy yaradır. Ukraynada çox təhlükəli vəziyyət müşahidə olunur. Azər Xudiyevin sayəsində bu gün Azərbaycan səfirliyi ilə Azərbaycan diasporu arasında böyük bir uçurum yaranıb. Dövlət təcili olaraq müdaxilə etməlidir. Bu adamı bura Ukrayna-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində iş görməyə göndəriblər. Amma o, bunun yerinə Ukraynadakı azərbaycanlılara qarşı “Səlib yürüşü”nə çıxıb”.

635x100

Şərhlər

Müəllim 2018-10-28 13:54:35

XIN-də yalnız yuxarı vəzifəlilrin evladları,qohumları,tanışları iılə təmin olunduğundan orada diplomatik işlər bərbaddır. İxtisasa, təcrübəyə, biliyə qiymət verən olmur.Orada qayda yaratmaq üçün ciddi attestasiya aparılmalı,yaramayan,uyğun gəlməyən kadrlardan təmizlənməli, yeni işçilər təmiz müsabqə yolu ilə yerləşdirilməlidir.Bu sahə üzrə kifayət qədər kənarda məcbur qalan gənclər mövcuddur.Bunun belə olduğunu hörmətli Baş nazir Novruz Məmmədov cənabları yaxşı bilir. Təsadüfi təyinatlar baş ağrısı yaradır.

Abbas Ağayev 2018-10-28 13:54:35

Zəif,səriştəsiz,qeyri-ciddi naziri olan qurum bəs necə olmalıdır? Bu onun qohumu,o o birinin yeznəsi,digəri filankəsin oğlu,bu qonşu,o tələbə yoldaşı,bu yerli kimi təyınatlrın nəticəsi yalnız belə qovğalı,hay küylü,yarıtmaz,zəif və nəticəsiz olmalıdır.Təhsil,ixtisas,sahə üzrə iş təcrübəsi,iş stajı,bacarıq,mədəmniyyət təyinatlar zamanı diqqətə alınmır. Şübhəli təyinatların da acınacaqlı nəticələri labüddür. Hər kəs vəzifəsindən asılı olmayaraq məsuliyyətini anlamalıdır. Əks halda belə hallar yaranır.

Zakir 2018-10-28 13:54:35

Məsul vəzifələrə rüşvət və qohumluqla təyinatlar olanda elə beklə olacaq.Ölkəni bir qrupun əlinə vermək yanlışdır!Nəticə acınacaqlı olmalıdır.

James Oldric 2018-10-28 13:54:35

Azər Xudiyevin qisas məqsədi ilə bu addımı atdığı bəllidir. Diplomatlar arasında onun bu addımı qınanılsa da, həm də bəyənilir. Səfirlər sıravi əməkdaşlara qarşı çox haqsızlıqlara yol verirlər. Özlərini kral və ya padişah kimi aparırlar, yalnız öz adamlarını dəstəkləyirlər, digərlərini isə işlədir, alçaldır və ya şərləyib işdən qovdururlar. XİN-də Əlacsızlıq atmosetüsı hökm sürür. Belə olanda, əlacsızlar sistemi tərk edirlər, azər kimi arxalı oğlanlar isə qisas gününü gözləyirlər. Tələt təmiz adam olsa...

G.M 2018-10-28 13:54:35

Bu işdə günahkarı ``İçəri Şəhər`` Metrosunun həndavərindəki binada axtarmaq lazımdır.O ``AĞ Bina`` ancaq Dənizə,Neft kəmərlərinə baxmaq üçün deyil.Hərdən vaxt tapıb Dövlətin ictimai-siyasi mənzərəsi də seyr edilməlidir..Görün bir Xarici siyasətə cavabdeh olan Nazirliyimiz nə günə salınıb.Səlahiyyət sahibi seçilənlərin əksəriyyəti məhz bu tip adamlardılar.Onlar üçün Dövlətçilik ikinci,üçüncü yerdə dayanır.

Vətəndaş 2018-10-28 13:54:35

XİN son 20 ildir özbaşına buraxılmış,sahibsiz,fəaliyyətsiz bir quruma çevrilib, hadisələri qabaqamaq əvəzinə hadisələrin ardınca gedir və nəticədə heç nəyə nail ola bilmir.Bunu kənardan hamı görür,ancaq nəticə çıxarıb ölçü götürən yetkili tapılmır.İlk növbədə XİN-nin kadr tərkibinə baxmaq,sonra indiyə qədərki fəaliyyətini analiz etmək,hesabat tələb etmək vacibdir. Nəzarətsiz qurumda həmişə özbaşınalıq baş verəcək.Ancaq XİN axı elə-belə qurum deyil!Burada hər gün mənalıdır və boş keçməməlidir.

oxucu 2018-10-28 13:54:35

Allah sənə rəhmət eləsin M.Ə Sabir. Bənzəmərik dünyada hər millətə Nuru boğub yol açarıq zülmətə Mindiyimiz kor yabıdan düşmərik Yadlara qul,doğmalara düşmənik.

Təmiz Azərbaycanlı 2018-10-28 13:54:35

Azər Xudiyev 2000-ci ildən XİN-də işə qəbul olunub.İş fəaliyyətini heçdə diplomatik xidmətlə başlamayıb!Keçmiş bir JEK işçisinin Nazirə təqdimatı əsasında işə qəbul olunub,İşlər İdarəsinin Avtomobillərə xidmət şöbəsinə!O İşlər İdarəsindən atasının pulu gücünə keçirilib Dövlət Protokol İdarəsinə.Yəni zavxoz vəzifəsindən bir başa məktəb Direktoru.Ziyalı,diplomat nəslindən deyil.Ən alı işçiləri hərbiçi olub.Danışıgını bilməyən,yaxşı içən və söyüş söyən bir adamdı.Ümumiyyətlə Dövlət işinə yaramıyan bir adamdır!

Nadir 2018-10-28 13:54:35

Axsaq ... kor nalbəndi olar.

Vaqif 2018-10-28 13:54:35

Əgər yazılanlar doğrudursa səfirlik tərəfindən edilən hərəkət çox utanvericidir.Yoxlama aparmaqdan ötrü Hesablama Palatası var."Utanmasan oynamağa nə var".Səfir özünü səfir kimi dövləti təmsil etmək kimi yox,dövlət kimi aparır.

Lale 2018-10-28 13:54:35

Azer Xudiyevi yaxshi taniyiram,hele XIN de ishlediyi vaxtlardan.Cox keyfiyyetsiz adamdir.Savadsiz,yalanci,.... milli hisslerden tamamile uzaq ve s.Heyif ki belesini yaxshi tanimadan sefir teyin edibler.Onu bir deqiqe bele sefir vezifesinde saxlamaq olmaz.Nefeside yalanla gedib gelir.Onu yalniz shexsi geliri dushundurur,sheytana papish tikenin birisidir

Təmiz Azərbaycanlı 2018-10-28 13:54:35

Dövlət Protokol İdarəsində işləyəndədə daim şikayət olurdu onun barəsində lakin atasının puluna görə yola verirdilər.2000-ci ildə cənab Nazirin xidməti maşını Nissan Maksima 1998-ci il buraxılişı olduguna baxmayaraq Azər Xudiyev Mercedes Cupe SLK-500 sürürdü.Bu insan haqqında o zaman XİN-də kiminsə qohumu oldugu bildirilirdi.Qohumu adlandırılan şəxs bu günə gədər Xudiyevin ellədikləri özbaşınalıqların heç 1% eləməyib.Bu həqiqətləri Cənab Prezident bilən kimi onu Səfir vəzifəsi və XİN-dən uzaqlaşdıracaq.

Son yazılar