Gürcüstanda seçici fəallığı 40 faizə çatıb

Gürcüstanda seçici fəallığı saat 17:00 üçün 38,6% təşkil edib.“Report”un yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından bildirilib.

Səsvermə prosesində iştirak etmiş seçicilərin sayı 1 milyon 337 min 284 nəfərdir.

Ən yüksək seçici fəallığı Ambrolauri (53,6%), ən aşağı seçici fəallığı isə azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda (28,7%) qeydə alınıb.

Tbilisidə isə seçici fəallığı 36,2% olub.

Gürcüstanda prezident seçkiləri üzrə səsvermə saat 20:00-da başa çatacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar