“Neftçi” “Qarabağ”ı məğlub edib

Oktyabrın 28-də Azərbaycan Premyer Liqasının 9-cu turunda oynanılan “Neftçi” – “Qarabağ” oyunu başa çatıb. Elitinfo.az -ın xəbərinə görə,“Bakcell Arena”da keçirilən oyunda hesabı paytaxt təmsilçiləri açıblar. Belə ki, Dario Federikonun cinah ötürməsi zamanı top ağdamlıların müdafiəçisi Abbas Hüseynovun ayağına dəyərək qapıdan keçib - 1:0. Daha sonra “Neftçi” qarşılaşmanın 25-ci dəqiqəsində hesab arasındaki fərqi iki topa çatdırıb. Mirabdullah Abbasov oyunda yenidən məhsuldar ötürmə ilə yadda qalan Dario Federikonun ötürməsini qola çevirib – 2:0. Birinci hissəyə komandalar “flaqman”nın 2:0 hesablı üstünlüyü ilə yollanıb.

Fasilədən sonra əks hücumlara bel bağlayan “Neftçi” matçın sonlarında - 84-ci dəqiqədə qapısında qol görüb. Mahir Mədətov adını tabloya yazdırıb - 1:2. Bu da oyunda son qol olmayıb. Emil Mahmudov cinahda Rəşad Sadıqovu keçərək çempionatın bombardiri Baqali Daboya ötürmə verib, sonuncu fürsəti əldən verməyib. Beləliklə, görüş “Neftçi” klubunun 3:1 hesabı ilə qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra “Neftçi” xalların sayını 21-ə çatdıraraq turnir cədvəlində birinci yerdəki mövqeyini qoruyub saxlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olun

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar