Elmar Məmmədyarov Türkiyəyə işgüzar səfərə yola düşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb. “Report” xəbər verir ki, nazir səfər çərçivəsində İstanbulda keçiriləcək Türkiyə, Gürcüstan və Azərbaycanın XİN rəhbərlərinin VII üçtərəfli görüşü, habelə Türkiyə, Azərbaycan və İranın XİN başçılarının VI üçtərəfli görüşündə iştirak edəcək.

Nazir bundan əvvəl ATƏT sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə Qarabağ münaqişəsini müzakirə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar