Gürcüstanda müxalif namizəd məğlub olduğunu etiraf edib
Baxiş sayı:
Dərc olunub:
28/10/2018 - 23:29
Gürcüstanın müxalif Avropalı Gürcüstan Partiyasının prezidentliyə namizədi David Bakradze seçkilərdə məğlub olduğunu etiraf edib.“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, D.Bakradze keçirdiyi brifinqdə onu dəstəkləyən seçicilərə minnətdarlığını bildirib.
D.Bakradze prezident seçkilərinin ikinci turunun olacağı təqdirdə, Avropalı Gürcüstan Partiyasının Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzeni dəstəkləyəcəyini qeyd edib.
Avropalı Gürcüstan Partiyasının keçirdiyi “exit-poll”un nəticələrinə görə, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze 37%, hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili 34%, David Bakradze isə 10% səs əldə edib.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.