Britaniya kəşfiyyatı Qaşıqçının öldürüləcəyini əvvəlcədən bilib  - Şok fakt  

O, bu yaxınlarda Səudiyyə Ərəbistanının Yəməndə kimyəvi silah tətbiq etdiyinə dair faktları açıqlamalı imiş

Böyük Britaniyanın xarici kəşfiyyatı xidməti Mİ-6 jurnaist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanı tərəfindən qaçırılma planları barədə əvvəldən məlumatları olub. Hətta britaniyalılar səudiyyəli həmkarlarını bu fikirdən vaz keçirməyə çalşsalar da, onların səsləri eşidilməyib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, belə bir iddia ilə “The Daily Express” qəzeti çıxış edib.

Qəzetin yazdığına görə, Qaşıqçının oğurlanması fikri “kralın ətrafından bir nəfərdən” gəlib, lakin onun Məhəmməd bin Salman olduğu bilinmir.

Qaşıqçıya yaxın isimlərdən birinin sölyədiyinə görə, o, bu yaxınlarda Səudiyyə Ərəbistanının Yəməndə kimyəvi silah tətbiq etdiyinə dair faktları açıqlamalı imiş.

Məqalədə yazıldığına görə, Səudiyyə Ərəbistanının xarici kəşfiyyat qrupunun (GİP) İstanbula hərəkət etməsindən xəbər tutan britaniyalılar onları yolda geri dönməyə çağırıb.

Jurnalist britaniyalı qaynaqdan Londunu nə üçün bu barədə Türkiyə də daxil olmaqla 5 ölkənin xüsusi xidmət orqanlarının xəbərdar etmədiyini soruşub.

Həmin mənbə “belə qərar qəbul olundu ki, biz əlimizdən gələni etdik”, deməklə kifayətlənib.

Henri Cekson analitik mərkəzinin eksperti Tom Uilson britaniyalıların hərəkətlərinə ayrı cür haqq qazandırmağa çalışıb. Onun sözlərinə görə, Camal Qaşıqçı sadəcə jurnalist olmayıb, həm də Səudiyyə Ərəbistanın kəşfiyyat xidmətinin keçmiş rəhbərinə yaxın imiş.

Tom Uilson Qaşıqçının  hətta “Müsəlman qardaşları “təşkilatının üzvü olduğunu iddia edib. “Mümkün deyil ki, onu sadəcə jurnalist fəaliyyətinə görə öldürsünlər, əsl həqiqət olduqca mürəkkəbdir”, -Uilson deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar