“GƏLİN SÜBUT EDƏK Kİ, TORPAQLARI AZAD ETMƏK ƏZMİNDƏYİK” - "Erməniləri cəsarətləndirən budur..."

“Qarabağla bağlı məlumatları oxuyuram, ürəyimdən qara qanlar axır. Məlumatlara görə, ermənilər nəinki Dağlıq Qarabağda, işğal etdikləri digər ərazilərdə də quruculuq fəaliyyətinə başlayıblar. Laçına, Kəlbəcərə yol çəkir, dünyanın müxtəlif ölkələrində yaşayan erməniləri gətirib ata-baba torpaqlarımızda məskunlaşdırırlar. Bir tərəfdən də ABŞ-ın Ermənistandakı keçmiş səfiri açıqlama verərək bildirir ki, ermənilər Dağlıq Qarabağ ətrafındakı 7 rayonu belə, qaytarmaq istəmirlər. Azərbaycan hakimiyyəti isə camaatın Qarabağ mitinqinə gəlməsinə imkan vermir”.

Ədalət partiyasının sədri İlyas İsmayılov Ovqat.com-a açıqlamasında belə deyib.

Partiya sədrinin fikrincə, Dağlıq Qarabağla bağlı keçirilən aksiyalar ümumxalq mitinqinə çevrilməlidir: “Mitinqlərin qarşısını alan hakimiyyət səhv yoldadır. Bu kütləvi tədbirlər ancaq hakimiyyətin mövqeyini möhkəmlədə bilər. Diplomatik danışıqlarda xalqın ümumxalq etirazlarını əsas gətirib Azərbaycandan güzəşt gözləyən beynəlxalq qüvvələrə bu yolla daha rahat şəkildə rədd cavabı vermək mümkündür”.

Ermənistan baş naziri Paşinyanın xalqın qarşısına çıxaraq, “Qarabağla bağlı atılacaq bütün addımları sizinlə məsləhətləşəcəyəm” deməsini xatırladan partiya sədri, Azərbaycan hakimiyyətinin isə xalqın iradəsindən niyə çəkindiyini anlamadığını deyib: “Bizimkilər heç kiminlə məsləhətləşmirlər. 25 ildən artıq hakimiyyətdirlər, Qarabağın geri qaytarılması istiqamətində heç bir addım atmayıblar. Əslində isə hər seçki dövründə xalqa Qarabağla bağlı hesabat verməlidirlər. Qarabağ problemi Azərbaycanın suverenlik məsələsidir və onun həlli heç kimin monopoliyasında saxlanılmamalıdır”.

Bəs, erməniləri özgə torpağını işğal altında saxlamağa bu qədər həvəsləndirən nədir?

Sualı cavablandıran Ədalət partiyasının sədri bu cəsarəti iki arqumentlə izah etdi: “Bunlardan biri xarici dəstək, digəri isə Azərbaycan hakimiyyətinin qətiyyətsizliyidir”.

Son zamanlar dünyada baş verən bəzi hadisələrin Qarabağ probleminin həllində mənfi nümunələr yaratdığını düşünən həmsöhbətimiz, Rusiya prezidenti Vladimir Putinin bu yaxınlarda Valday forumunda Krımla bağlı səsləndirdiyi fikirləri misal göstərdi: “Putin forumdakı çıxışı zamanı dedi ki, Krım məsələsi beynəlxalq hüququn millətlərin öz müqəddəratını təyin etmək hüququ çərçivəsində həllini tapıb. Açığını desəm, Putinin bu fikirlərini nə onun özünə, nə də lideri olduğu Rusiyaya yaraşdıra bildim. Çünki Rusiya böyük dövlətdir, dünyanın nizamlanmasında özünəməxsus rol oynayır. Hətta bəzi ölkələrin ərazi bütövlüyünün pozulmasını əsas gətirib onlara hərbi yardımlarını əsirgəmir. Krımı isə özü ilhaq edib. Putin təcrübəli siyasətçi olmaqla yanaşı, həm də hüquqşünasdır. Digər siyasi liderlərdən fərqli olaraq, o, beynəlxalq hüquqa daha çox hörmətlə yanaşmalıdır. Rusiya prezidentinin özü də gözəl bilir ki, Krımda yaşayan soydaşlarının öz müqəddaratını təyin etmək hüquqları yoxdur. Çünki ruslar bu hüquqdan artıq istifadə edib dünyanın ən geniş əraziyə sahib dövlətini – Rusiya Federasiyasını yaradıblar. Eyni millətin bir başqa ölkənin ərazisində ikinci dövlət yaratması beynəlxalq hüquqlarla təsbit olunmuş xalqların öz müqəddaratını təyinetmə prinsipinə ziddir. Əgər ruslar bildirsəydilər ki, onlar Krımı tutmasaydılar, artıq orda – Sevastopolda NATO-nun bazası yaradılacaqdı, bu arqumenti indiki beynəlxalq şəraitdə müəyyən mənada anlamaq olardı. Ancaq bu ilhaqa beynəlxalq hüquqi don geydirmək yolverilməzdir”.

Dünyada, xüsusilə regionda böyük nüfuzu olan Rusiyanın bir çox ölkələrdə separatizmi açıq-aşkar dəstəkləməsini qınayan Ədalət partiyasının sədri ermənilərin də bundan yararlandıqlarını vurğulayıb.

Ermənilərin Qarabağ iddialarına bizim hakim dairələrin düşünülməmiş çıxışlarının da haqq qazandırdığını bildirən İlyas İsmayılov, Türkiyə ilə münasibətlərimizi əks etdirən “bir millət, iki dövlət” tezisinə də qarşı çıxıb: “Dedikləri fikirlərin hansı nəticələr doğuracağını anlamayan bəzi siyasilər zaman-zaman “bir millət, iki dövlət” tezisini dilə gətirirlər. Ermənilər də bu tezisdən istifadə edib, “necə ola bilər ki, türklərin iki dövlət qurmaq haqları var, bizim yox?” antitezisini irəli sürürlər. Odur ki, Azərbaycanın siyasi iradəsini təmsil edənlər danışmamışdan əvvəl bir az düşünməlidirlər. Dilə gətirdikləri fikri ağıl süzgəcindən keçirib ağızlarından çıxarmalıdırlar. Əks halda, cəmiyyətimizə xeyirdən çox, zərər gətirə bilərlər”.

Azərbaycan hakimiyyətinin Qarabağ probleminə laqeydliyindən ermənilərin cəsarət aldığını deyən İlyas müəllim, qondarma “Dağlıq Qarabağ Respublikası”nın sabiq naziri N. Melkumyanın bir zamanlar söylədiyi fikri xatırlatdı: “Vaxtilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın keçmiş separatçı xarici işlər naziri N.Melkumyan jurnalistlərin suallarını cavablandıraraq deyirdi: “Azərbaycan xalqı öz torpaqlarını azad etmək istəmir”. Gəlin, biz göstərək ki, o, yanılır, Azərbaycan xalqı öz torpaqlarını azad etmək əzmindədir. Unutmaq olmaz ki, ərazidən, torpaqdan qiymətli heç nə yoxdur”.

635x100

Şərhlər

Azərbaycanlı 2018-10-29 21:34:16

Analoqu olmayan irəliləyiş niyə xarici siyasətdə görünmür? Xarici siyasəti danışanda göyə baxıb gözünü döyənə qəsdən tapşırıblar ki, yerində sayılsın. Məmmədyarov çox ehtimal ki,. xarici dildə də Azərbaycan dilində danışdlğı kimi danışır.Onun nə dediyi və nə istədiyi bəlli olmur.Sonra da oturub yatır.Ona görə BMT qətnamələrinin icrasını tələb edən olmur

qiyas 2018-10-29 21:34:16

Əsil kişisən yoldaş İ.İsmayilov allah səni qorusun.

Bəhram Qarabaglı 2018-10-29 21:34:16

DQ üzrə BMТnin qərarındən sonrakı 25 ildə bəzi şərhlərin əksinə heç nə gozləməуib və qəтi тələb eтməуiblər. Sadəcə, Qarabagı qanlı hərbi уolla- genosidlə işgal eтmiş keçmiş AZƏRBAУCAN VƏТƏNDAŞları Koçərуanın və Sərgisуanın həbsi əvəzinə onlarla danışmaga çalışıblar!?

Mehman 2018-10-29 21:34:16

Eslinde qeyretimiz,sherefimiz, ruhumuz ishgal olunub.Miskin heyati sherefli shehadete ustun tutmushuq.Inshallah gelecek nesillerimiz bizden daha qeyretli olarlar,elbette milletimizin geleceyi var ise!

Pisi 2018-10-29 21:34:16

Qarabagin helli meselesini qurban qurbanova tapsirmaq lazimdi belke hell eledi amma almeydasiz alinmiyacaq

Elçin-ə 2018-10-29 21:34:16

Bir ittifaqdan ayrılan pespublikalar (Azərbaycanın reytinqi SSRİ-də Ermənistandan xeyli yüksək olub) niyə fərqləndirildi? Rusiya Ermənistanı seçdi və Qarabağ məsələsində Ermənistanın tərəfində çıxış etdi? Bunun əsl səbəbi niyə açıqlanmır? Qarabağ və Azərbaycanın ətraf 7 rayonu da 25 ildir( ərazimizin yarısı ) Ermənilərə bağışlandığına bənzəyirr Qarabağ bir tərəfə,heç 7 rayonun adı belə çəkilmir və bu rayonların işğaldan azad olması düşünülmür.Axı bu 7 rayonun Dağlıq Qarabağa aidiyyatı yoxdur.Niyə Azərbaycan

Elchin 2018-10-29 21:34:16

Man bu fikirla razi degilam cunki Insan 1 Ci inanir so da dushunur Insanda dushunmak proccesi inanmagdan bashlajir vs dushunca inanmagin naticasidir ermanilar bu masalada runs ordusuna inandi va so da ishgala hagginda dushundular. Elmi va pcikoloshi metodlara asaslanarag igtidar ermanilari russiyaya olan inamini bogarsa ermanilar maskunlasha bilmazlar buna subut aprel doyushlari zamanI talis kandini misal kostarmak olar.

Vətəndaş 2018-10-29 21:34:16

Tapılmayan şeyi axtarana nə deyilir? Bu hakimiyyətdə cürət və vətənpərvərlik hissi olsa idi 25 il nəyi gözləyirdi? Göydən düşüb Qarabağı boşqaba qoyub bizəmi verməlidirlər? Bu 25 il nə demək olduğu bəlli deyilmi? Qarabağ hələ bir yana,digər 7 rayon niyə unudulub?Bunu bir düşünən varmı? Rusiyanı bəhanə edib,ölkə daxilində soyğunçuluqla məşğul olmaq ,ölkə ərazisinə biganə qalmaq nə deməkdir? Qarabağ və ətraf 7 rayonun ərazisi Azərbaycan deyilmi? Rusiya buna hansı hüquqla qarışa bilər?

KİRVƏ 2018-10-29 21:34:16

Ilyas muellime can sagligi arzu edirem.O,hemise El agsaqqali oldugunu gosterir.Eger Biz torpaqlarimizi azad etmek ezminde oldugumuzu ermeniye ve dunyaya gostersek...ermeniler ozleri torpaqlarimizdan redd olub gederler.Bu bir aksiomadir.

Ağsaqqal 2018-10-29 21:34:16

Danışmağa ,gülməyə haqqımız yoxdur bizim !...

Azərbaycan vətəndaşı 2018-10-29 21:34:16

İlyas müəllim nə qədər ki,Bu millətin ziyalısı xalqa yalan danişmaqla məşğul olacaq,Qarabağın azad olunmasından danışmağa dəyməz.O ki,qaldı bir millət iki dövlət məsələsinə mən sizinlə tam razıyam və həmişə bu fikrin əleyhinə olmuşam.Qarabağın itrilməsinin səbəbi hakimiyyət uğrunda mübarizə oldu.Adını çəkmək istəmədiyim bu gün ki,deputatlardan biri,Laçının işğalı zamanı azdlıq radiosuna müsahibə verərkən deyirdi.Laçının işğal olunmasına baxmayaraq sevindiriçi haldır ki,Bu gün AXC hakimiyyətə gəllibdir.

Yalandan bezən 2018-10-29 21:34:16

İlyas muellim cox yaxsi deyir, ermenileri cesaretlendiren bizim hkimiyyetin qetiyyetsizliyidir. Basqa meselelerin o qeder de ehemiyyeti yoxdur. Bizde qeyret olsaydı mesele 25 il uzanmazdi.

t.ədalət 2018-10-29 21:34:16

Sizin sözlərinizdə böyük həqiqət var.Bizium xalq güclü vətənpərvər və döyüşkəndir.Ancaq onu Rusiyaya xidmət edən nazir və qərargah rəisinin əli ilə öldürdülər.Ordunun milli ruhunu zəiflətdilər.Bizim cilovumuzun qeyri millətdən olan zabitlərin əlinə verilməsi cəbhədə vəziyyətin ermənilərin xeyrinə dəyişməsinə səbəb oldu. Böyük Atatürkün təcrübəsindən istifadə edib .... çıxarıb yerini milli zabitlərə verməsək cəbhədə Rusiyanın fitnə-fəsadlarından qurtula və torpaqları azad edə bilməyəcəyik.

Samir 2018-10-29 21:34:16

Qarabağın və ətraf rayonların azad olunmasına aparan yol azad və demokratik seçkilərdən keçir. Laçın və Kəlbəcərdən başqa qalan ətraf rayonlar kiminsə Azərbaycanda hakimiyyətə gəlməsi üçün qurban verilib. Ona görə demokratik seçkilərdən keçir Qarabağımızın azadlığı. Sözlərimə əmin olmaq üçün işğal tarixlərinə diqqətlə baxın.

M.əliyev 2018-10-29 21:34:16

Mən fikir vermişəm, Ilyas müəllimdən başqa Qarabağ mövzusunda danışan yoxdur. Sanki ancaq Ilyas müəllimin problemidir. Nə yaxşı ki varsınız Ilyas müəllim. Allah sizi qorusun.

İlyas müəllimə 2018-10-29 21:34:16

25 il kimdənsə nəsə gözləmək düşüncəyə sığmayan haldır.25 ildir torbadakı pişiyin üzünü göstəərməmək,bir nəsli ( 25 ildə yeni nəsil yetişir)aldada- aldada gözlətmək və faktiki olaraq birbaşa ölkəni soymaqla məşğul olmaq,əsl azərbaycanlıları ölkədən dərbədər salmaq,güzəranlarını gündən-günə çətinləşdirmək nəyinsə xəbərçiso deyilmi? Bəs bu millətin ağıllı,öndə gedən,vətənpərvər,məlumatlı ziyalıları niyə bu qədər susqunluq göstərirlər? Məsələnin kökü niyə açılmır?

Son yazılar