Tunis şəhərinin mərkəzində partlayış olub, ölən və yaralananlar var - VİDEO

Tunis şəhərinin mərkəzində güclü partlayış baş verib. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Həbib Bürgibə prospektində, bələdiyyə teatrının qarşısında qeydə alınıb.

İlkin məlumata görə, xanım intiharçı-kamikadze tərəfindən törədilən partlayış nəticəsində 1 polis ölüb, 9 polis və 1 mülki şəxs də yaralanıb.

Terrorçuların hədəfinin polis patrulu olduğu bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar